19 Oktyabr 2019, Şənbə

Dünən muxtar respublikanın Təhsil Nazirliyi və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə Naxçıvan şəhər, Babək və Şahbuz rayon ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərini tədris edən 50 müəllimə idmanın voleybol növü üzrə seminar keçirilib.
Seminarda Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev çıxış edərək idmana göstərilən dövlət qayğısından danışıb, Voleybol Federasiyasının Bakıdan dəvət etdiyi məşqçi tərəfindən fiziki tərbiyə müəllimləri üçün təşkil olunan seminarın məktəblərdə bu idman növünün inkişafına xidmət edəcəyini bildirib.
Seminarda Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının müavini Aydın Mirzəyev “Muxtar respublikada voleybol idman növünün inkişafı” mövzusunda çıxış edib. Sonra isə Bakıdan dəvət olunmuş voleybol üzrə yeniyetmələrdən ibarət ölkə yığma komandasının məşqçisi Xanlar Ələkbərov tərəfindən “Voleybol oyunu zamanı yeni taktiki-texniki qaydalar” mövzusunda seminara start verilib.
Seminarın nəzəri hissəsində məşqçi Xanlar Ələkbərov fiziki tərbiyə müəllimlərinə voleybol komandalarının formalaşdırılması qaydaları haqqında geniş məlumat verib. Voleybol oyununda qəbul edilmiş yeni qaydalara əsasən oyun zamanı texniki fasilələrin sayının azaldıldığı qeyd olunub.
Sonra məktəbin idman zalında yeni taktiki-texniki qaydalara uyğun nümunəvi dərs keçilib, oyunun müdafiə xəttinin gücləndirilməsi qaydaları, oyunçunun rolu və vəzifəsi haqqında müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Son illər idmanın inkişafı istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində bu gün Naxçıvanda idmançılar öz bacarıqları, əldə etdikləri nailiyyətləri ilə seçilirlər. İdmanın kütləviliyinin təmin edilməsi məqsədilə muxtar respublikanın şəhər və rayonlarında yeni idman zalları, olimpiya idman kompleksləri, digər obyektlər tikilib və ya əsaslı təmir olunaraq idmançıların ixtiyarına verilib.
Bu gün muxtar respublikamızda idmana və idmançılara göstərilən diqqət və qayğının nəticəsi olaraq Azərbaycanda, eləcə də dünya miqyasında böyük titul və uğurlar qazanan Naxçıvan idman məktəbinin yetirməsi, eyni zamanda muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Əli Əsgərovla həmsöhbət olduq.
– Pouerliftinq Bench-Press idman növü ilə nə vaxtdan məşğulsunuz və bu sahəyə maraq sizdə necə yaranıb?
– İdmana uşaqlıqdan çox böyük həvəsim var idi. Əvvəlcə güləşlə, daha sonra sambo və cüdo ilə məşğul olmağa başladım. Bununla yanaşı, paralel olaraq fiziki gücü artırmaq üçün məşqlər də edirdim. Məşqçim Səməd Bağırov mənim fiziki gücümün Pouerliftinq Bench-Press idman növü üçün uyğun olduğunu gördü və mən onun məsləhəti ilə bu sahəyə yönəldim. İlk vaxtlarda çətinliklərimin olmasına baxmayaraq, ciddi hazırlaşdım, 2002-ci ildə muxtar respublikada keçirilən yarışa qatıldım və fəxri pillənin ən yüksək zirvəsinə layiq görüldüm. Bu da gələcəkdə öz üzərimdə daha əzmlə çalışmağım üçün stimul oldu.

Ardını oxu...

Avstriyanın paytaxtı Vyanada uşaqlar arasında dünyanın ən böyük futbol yarışı – “Champions trophy – 2019” turnirinin final mərhələsinin oyunları keçirilib. 128 ölkənin seçmə heyətinin gərgin mübarizəsi 3 mərhələdə davam edib və futbolçular 3 gün ərzində ən güclünü müəyyənləşdirməyə çalışıblar.
Keçirilən turnirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının təşkilatçılığı ilə “Araz-Naxçıvan”ın Şərur bölməsinin iki futbolçusu – Kənan Hüseynəliyev və Murad Quliyev də iştirak ediblər.
Qeyd edək ki, futbolçularımız qrup mərhələsində dünyanın bir çox tanınmış klublarına – “Atletiko” (İspaniya), “Yuventus” (İtaliya), “Sanderland” (İngiltərə), “Salsburq” (Avstriya), “Münhen”ə (Almaniya) qarşı meydana çıxıblar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının növbəti yığıncağı keçirilib.
Yığıncaqda şəhər və rayonlarda fəaliyyət göstərən uşaq futbolu üzrə məşqçilər iştirak ediblər.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov bildirib ki, bu gün Naxçıvanda futbolun inkişafı, kütləvi hal alması üçün hər bir imkan yaradılıb. Məşqçi-müəllimlər, eləcə də bu sahə ilə yaxından maraqlananlar bundan səmərəli istifadə etməlidirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıqlarının icrası nəticəsində muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən rayon və kəndlərimizdə stadionlar yenidən qurularaq uşaq, yeniyetmə və gənclərin ixtiyarına verilib. Bu, idmana, idmançılara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Stadionların yenidən bərpası uşaq və yeniyetmələrin, gənc­lərin asudə vaxtlarının səmərəli təşkil olunmasında müstəsna rol oynayır. Eyni zamanda bu stadionlarda keçirilən yarışlar, turnirlər istedadlı gənc­lərin üzə çıxarılmasına şərait yaradır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada idmanın kütləviliyinə nail olmaq, bodibildinq idman növünə olan marağı daha da gücləndirmək məqsədilə məşqçi və idmançılar üçün seminar keçirilib.
Gənclər və İdman Nazirliyinin Şərur rayon ağır atletika bölməsində keçirilən seminara muxtar respublikanın perspektivli ağır atletləri, məşqçi­-müəllimləri qatılıblar. Seminarda Bakı şəhərindən dəvət olunmuş Zaqafqaziya və Avropa çempionu, Dünya birinciliyinin mükafatçısı Vüqar Verdiyev iştirak edib.
Seminarda çıxış edən Gənc­lər və İdman Nazirliyinin kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, məşqçi-müəllim Şəfi Hüseynov çıxış ediblər.
Keçirilən seminarların əhəmiyyəti barədə danışan Vüqar Verdiyev məşqçi-müəllimlərə və idmançılara bu növün sirləri barədə geniş məlumat verib.
Sonda diskussiya olub, sual­lar cavablandırılıb.
Qeyd edək ki, seminarlar bu gün Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında nəzəri, Turan Döyüş Klubunda isə praktik olaraq davam etdiriləcək.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR