08 Mart 2021, Bazar ertəsi

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq, muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə təşkil olunan məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış davam edir. Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri də sərgi-satışda sərgilənən sənətkarlıq nümunələrinə baxıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2021-ci il 8 fevral tarixdə “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir”.

Ardını oxu...

8 Mart – Beynəlxalq Qadınlar Günü bütün dünyada, eləcə də ölkəmizdə qadınlara verilən dəyəri, göstərilən ehtiramı özündə əks etdirir.
Azərbaycan qadını tarixin bütün zamanlarında öz ucalığını qoruyub saxlamış, Vətənə, ailəyə sədaqəti, bağlılığı, fədakarlıq və qəhrəmanlığı, ictimai fəallığı ilə seçilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın amilinə yüksək dəyər verərək onların hüquqlarının müdafiəsi, problemlərinin həlli, dövlət idarəçiliyi sistemində təmsil olunması, bütün sahələrdə öz layiqli yerini tutması istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirmiş, qadınların cəmiyyətdəki mövqeyinin əhəmiyyətini vurğulayaraq demişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi aidiyyəti vəzifələrin icrasını fevral ayı ərzində də uğurla həyata keçirib. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib və 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 2 qərarı dəyişdirilib.

Ardını oxu...

5 mart 2021-ci il tarixdə “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə onlayn konfrans keçirilmişdir.

Ardını oxu...

Tarixin bütün dövrlərində Azərbaycan qadınları həyatımızın bir çox sahələrində mühüm rol oynayıb. Qadın hökmdarımız Tomris, Şərqdə ilk diplomat qadın Sara xatın, Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri, Şah İsmayılın Aləmşahbəyimi, Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa başçılıq edən Gülsüm xanım xalqımızın tarix səhifələrinə öz adlarını şərəflə yazıblar. Təsadüfi deyil ki, Oğuz türklərinin tarixindən xəbər verən “Kitabi-Dədə Qorqud” dastanlarında Azərbaycan qadını vətənpərvər, sədaqətli, qoçaq, kişilərlə birlikdə döyüşlərə atılan qeyrət nümunəsi kimi göstərilib. Burla xatın, Banuçiçək və digər qadın obrazları həmişə qadınlarımız üçün bir örnək olublar. 

Ardını oxu...

Martın 5-də Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bədii gimnastika üzrə federasiya daxili açıq birincilik keçirilib. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən müsabiqədə yeni yaradılan Bədii gimnastika dərnəyinin və “Xatun” Bədii Gimnastika Klubunun üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev muxtar respublikada böyüməkdə olan gənc nəslə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, şagirdlərin sağlam həyat tərzinin, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması və asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzindədir. Bu gün muxtar respublikada yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klubları yaradılmışdır. Hazırda muxtar respublikada yeni yaradılan gimnastika üzrə idman klubları və innovativ dərnəklərdə ümumilikdə 50-dən çox uşaq və yeniyetmə məşğul olur. Son illər bu idman növünə göstərilən diqqətin nəticəsidir ki, məktəbdənkənar təhsil müəssisələrində yeni yaradılan Gimnastika dərnəklərinə üz tutan şagirdlərin sayı xeyli artmışdır. Bu gün keçirilən tədbirin məqsədi də uşaq və yeniyetmələrin gimnastika idman növünə marağını artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və xüsusi bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Ardını oxu...

Martın 5-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.

Nümayəndəlikdən bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xanımları Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib, onlara xoşbəxtlik, möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər diləyib.

Bəxtiyar Əsgərov qeyd edib ki, bu gün bir gül, yaxud bir sözlə təbrik etdiyimiz insanlar həyatımızın ağır, məsuliyyətli yükünü çiyinlərində çəkən müqəddəs analarımız, Vətənimiz qədər sevdiyimiz ləyaqətli Azərbaycan xanımlarıdır. Xoş rəftarı, səmimi, qarşılıqsız sevgisi, gülər üzü, sevgi dolu sözləri, yüksək insani keyfiyyətləri, dəyərləri özündə ehtiva edən gözəl, anlayışlı, qürurlu, qeyrətli analarımıza, bacılarımıza, qızlarımıza hər bayram günü verəcəymiz hədiyyə onlara ürəyimizdə bəslədiyimiz hörmət və ehtiramdan qiymətli ola bilməz. Cəmiyyətin, sivil mədəniyyətin inkişafı məhz qadınlara verilən qiymətlə, onlara münasibətin forma və dərəcəsi ilə ölçülməklə bərabər, qadınların da cəmiyyətdə tutduqları mövqe ilə bağlıdır. 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında alman sosialist qadını Klara Setkinin təklifi ilə qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il 8 mart Dünya Qadınlar Günü kimi qəbul edilmişdir. 1975-ci il Beynəlxalq Qadınlar ili olaraq qeyd edilmiş, 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında isə 8 mart Qadın Hüquqları və Beynəlxalq Sülh Günü olaraq qəbul olunmuşdur.

Ardını oxu...

Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilir.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

 

 

 

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qazilərə göstərdikləri köməyə görə israilli həkimlərə təşəkkür edib.

O, bu barədə öz "Twitter" səhifəsində yazıb.

O bildirib: "Biz yaralı əsgər və zabitlərimizə oftalmoloji dəstək göstərmiş israilli həkimlərə və İsrailin Azərbaycandakı səfirliyinə təşəkkürümüzü bildiririk. Bir həyatı xilas edən, dünyanı xilas edir".

 

 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi Hande Harmancı ilə görüşüb.

Komitədən verilən məlumata görə, komitə sədri görüşdə qadınların dünya miqyasında çətin və vacib işlərdə öz üzərinə götürdükləri rolu yüksək səviyyədə yerinə yetirdiklərini bildirib: “Siz həm təmsil etdiyiniz qurumun prioritetlərini və onların qarşınıza qoyduğu vəzifələri həyata keçirir, həm də təmsil olunduğunuz ölkə üçün vacib olan işlər görürsünüz. Bütün bunlara görə sizə dərin təşəkkürümü bildirirəm və inanıram ki, bu fəaliyyətiniz də daxil olmaqla, ümumi dünya səyləri öz nəticələrini verəcək və biz nəhayət normal həyata yenidən qayıdacağıq”.

Ardını oxu...

     Qadın haqqında dillər əzbəri olan bir ifadə mövcuddur : “Qadınlar zərif məxluqlardır.” Amma düşünürəm ki , bu fikirdə həqiqət olduğu qədər yetərsizlik də vardır. Çünki qadınlar dünyanın bütün çətinliklərinə tab gətirib cəmiyyətin özülünü formalaşdırma iqtidarına malik olan,insanlığa rifah bəxş edəcək qədər güclü olan “zərif” məxluqlardır.

     Qadınların cəmiyyətdəki rolu danılmazdır. Təəssüf ki, əsasən “Aysberqin” görülən tərəfi kimi yalnız həkimlərin, müəllimlərin, qadın siyasətçilərin, hüquqşünasların vəs . bir sıra bunun  kimi sənət sahibi olan qadınların cəmiyyət üçün oynadığı rol işıqlandırılır. Bəs, aysberqin görünməyən tərəfi necə?! Təəccübləndirici hal deyil ki , hətta bəşəriyyətin inkişafı dövründə belə qadın əməyi prioritet olmuşdur. Belə ki, tarixin inkişaf dövrünə nəzər salsaq,  “Anaxaqanlığı” dövrünün ( Matriarxat) “Ataxaqanlığı” (Patriarxat)  dövründən əvvəl gəldiyinin şahidi olmuş olarıq. Hələ müəyyən bir dili, dini, təfəkkürü, mentaliteti, təhsili olmayan , hətta təkmilləşməmiş şüura sahib olan cəmiyyətdə aparıcı qüvvə olmaq, həmin cəmiyyəti idarə etmək bacarığına sahib olmaq  bugün hər kəs tərəfindən zərif məxluq kimi təsrifləndirilən qadınların üzərinə düşmüşdür.  Belə ki, qəbiləni idarə etmək, onların ehtiyaclarını qarşılamaq , ola biləcək təhlükədən qəbilə üzvlərini qorumaq  məhz qadınların məsuliyyəti daxilində olmuşdur. Bu faktlara əsaslanaraq belə bir fikir irəli sürmək olar ki, Allahdan gələn bu instinktiv qüvvə, bacarıq, istedad ilə bugünkü inkişaf etmiş dövrümüzdə, hətta Yer kürəsinə sığmayıb kosmosa səyahət edən cəmiyyətimizin qurucuları qadınlardır. Bədii dillə ifadə etsək,qadınlar cəmiyyət ağacının  sarsılmaz, iradəli kökləridir.

Ardını oxu...

      Tarixboyu cəmiyyətin aparıcı qüvvəsi kimi xalqımızın ictimai-siyasi həyatında fəal iştirak etmiş, öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə seçilmiş, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamış Azərbaycan qadınları öz dərin zəkaları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edir, müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının inkişafına öz töhfələrini verirlər.

          Reallıqdır ki, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın qadın hərəkatında yeni mərhələ, nəzərə çarpacaq yüksəliş, fəallıq və təşkilatlanma mərhələsi başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyev XXI əsr, üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində deyirdi: “...Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Biz fəxr edirik ki, bu gün ölkəmizin qarşısında duran problemlərin həllində yaxından iştirak edən Azərbaycan qadını artıq demokratik cəmiyyətin bərabərhüquqlu, fəal üzvü kimi çıxış edir”.

Ardını oxu...

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 4-də 67,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,95 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,01 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,06 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,48 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,92 dollar/barel çoxdur.

Bayraktar pilotsuz uçuş aparatlarının yaradıcısı Selçuk Bayraktar Türkiyədə qəzada həlak olan general və heyət haqqında sosial şəbəkədə paylaşım edib.

Paylaşımda deyilir:

“2010-cu ildə PUA-larımızı inkişaf etdirərkən tanış olduğum Osman Erbaş-Paşa və qəhrəman əsgərləri Bitlisdə bir helikopter qəzasında öldü. Allah şəhidlərimizə rəhmət və yaralılara şəfa versin. Bu illər ərzində dostluğumuz heç kəsilməmişdi. Osman Erbaş Paşa, Türk PUA-larının yaradılmasında bizə əhəmiyyətli dərəcədə dəstək verib”

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında deyilir: "Qardaş Türkiyə Quru Quşunlarına məxsus hərbi helikopterin Bitlisdə qəzaya uğraması nəticəsində yüksək rütbəli hərbi qulluqçuların, xüsusilə də Elazığ 8-ci ordu korpusunun komandiri korpus generalı Osman Erbaşın həlak olması və hərbçilərin yaralanması, Şırnak bölgəsində isə hərbi avtomaşının aşması nəticəsində on bir hərbi qulluqçunun xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin."

 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il martın 5-i ölkə­mizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Təşkilatının hesabat seçki yığıncağı keçirilib. Yığıncaqda Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxış edərək bildirib ki, bu gün 760 min 580 nəfər ziyalı, vətənpərvər, sağlam siyasi əqidəyə malik partiya üzvünü öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının təməl prinsiplərinin formalaşması məhz Naxçıvan Muxtar Respublikasından başlanıb. YAP Naxçıvan Muxtar Respublika Təşkilatı bu yolda inamla addımlayır və partiya üzvləri müxtəlif sahələrdə fəallıq göstərərək istər respublika miqyaslı, istərsə də beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər.

Ardını oxu...

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.

Ardını oxu...

Ötən əsrin 90-cı illəri Naxçıvan Muxtar Respublikasının bütün sakinləri üçün əsl sınaq, dözüm və imtahan illəri idi. Bu sınaqdan üzüağ çıxmaq üçün yurdun hər bir vətəndaşı əsl qəhrəmanlıq göstərir, bütün çətinliklərə mərdliklə sinə gərirdi.

Ardını oxu...

 

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 647 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 267 nəfər müalicə olunaraq sağalıb, 3 232 nəfər vəfat edib, aktiv xəstə sayı 3 148 nəfərdir.

 Ölkədə son sutka ərzində 9 183, hazırkı dövrədək isə 2 627 991 test aparılıb.

 

 

 

 

Azərbaycanla İran arasında Xudafərin gömrük postunun açılması barədə fikirlər var.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, İran İslam Respublikası ilə Azərbaycan arasında yeni gömrük postunun açılması ehtimalı var: “Yeni keçid məntəqəsinin Xudafərin körpüsü yaxınlığında olması ilə bağlı artıq qarşı tərəfdən təkliflər də edilib. Biz belə düşünürük ki, həmin ərazi azad olunmuş yerlərə ən yaxın qapı ola bilər. Danışıqlar gedir, iki ölkənin gömrük qurumları və digər qurumlar arasında danışıqlar gedir. Nə vaxt açılacağı ilə bağlı konkret tarix demək olmaz, ancaq iş gedir”.

 

 

 

 

Azərbaycan Qarabağ torpaqlarını işğaldan azad etməklə bölgədə yeni qapılar açdı.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatı liderlərinin 14-cü Zirvə toplantısında deyib.

Prezident bildirib ki, Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanlara yazılacaq zəfərlə azad etdi: "Hazırda bizim üçün prioritet Qarabağda təhlükəsizliyin təmin edilməsidir. Bunun üçün də əlimizdən gələni edəcəyik".

Azərbaycan və Türkiyə hərbçiləri İspartada birgə təlimlər keçəcək.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat yayılıb.

“Can Azərbaycanla “bir millət, iki dövlət” anlayışı ilə bir və bərabər fəaliyyətə davam edirik. 6 həftə davam edəcək təlimlər üçün İspartaya gələn qəhrəman Azərbaycan Ordusuna mənsub qardaşlarımızı hava limanında qarşıladıq”.

 

 

 

 

Xarici işlər naziri Ceyhun Bayramovun fevralın 22-də BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mina və digər partlayıcı sursatlar ilə kütləvi çirklənməsindən irəli gələn ciddi təhlükə və Ermənistanın minalanmış ərazilər ilə bağlı müvafiq məlumatı verməkdən imtina etməsinə dair məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Nazirlikdən verilən məlumata görə, məktubda münaqişədən sonrakı dövrdə Azərbaycanın azad edilmiş ərazilərində mina və digər partlayıcı sursatların mövcudluğunun azərbaycanlı hərbiçilərin və mülki şəxslərin sağlamlığına ciddi təhlükə olduğu qeyd olunur. Bildirilir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mina partlayışı nəticəsində 9 mülki şəxs daxil olmaqla, 15 vətəndaş həyatını itirib və 8 mülki şəxs daxil olmaqla, 65 vətəndaş ciddi yaralanıb.

Ardını oxu...

2021-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq 400,222 milyon dollara bərabər olub.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,4 faizini təşkil edib.

Fevral ayında Türkiyə 233,225 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2020-ci ilin fevralı ilə müqayisədə 34,1 faiz çoxdur.

Son 12 ay ərzində (fevral 2020 – fevral 2021) Türkiyə 2,338 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

 

 

 

 

Rusiyanın bir neçə aviaşirkəti Azərbaycana müntəzəm aviareyslərin keçirilməsi üçün icazələr alıb.

Bu barədə Rusiyanın Federal Hava Nəqliyyat Agentliyinə istinadən məlumat veririk.

Belə ki, verilən icazələrə əsasən "Red Wings" şirkəti həftədə iki dəfə Moskvanın Jukovski hava limanından Bakıya, "Azimut" şirkəti həftədə üç dəfə Mineralnıye Vodı-Bakı və Mahaçqala-Bakı marşrutu ilə reyslər keçirmək üçün icazə alıb.

"Uralskie avialinii" şirkəti həftədə üç dəfə Rostov-Bakı, Novosibirsk-Bakı, Perm-Bakı, Krasnoyarsk-Bakı, Kalininqrad-Bakı, Nijni Novqorod-Bakı, Həştərxan-Bakı və Ufa-Bakı marşrutu üzrə uçuşlar keçirəcək.

Bundan başqa, "Severnıy veter" aviaşirkəti həftədə iki dəfə Mineralnıye Vodı-Bakı və Mahaçqala-Bakı marşrutu ilə reyslər keçirə biləcək.

Eyni zamanda "Azur Eyr" aviaşirkətinin Ufa-Bakı, Rostov-Bakı və Samara-Bakı marşrutları üzrə uçuş icazələri geri çağırılıb.

 

 

 

 

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə Uzlaşma Planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.
Məşğələlərdə əsas diqqət zabitlərin sülh və müharibə şəraitində komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığının qorunmasına və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib, 44 günlük Vətən müharibəsində iştirak edən bölmələrin döyüş təcrübəsini özündə əks etdirən praktik fəaliyyətlər imitasiya edilib.

Ardını oxu...

 Reportaj


Ordubad şəhərindən yeddi kilometr şimal-şərqdə, uca dağların ətəyində yerləşir Nüsnüs... Qışda başıqarlı dağları, yazda al-əlvan təbiəti, füsunkar dağ mənzərələri, yayda çağlayan sərin bulaqları, payızda min bir dərdə dərman olan bitkiləri, həmçinin tariximizi, milli dəyərlərimizi özündə yaşadan tarixi tikililəri, məscidləri, ömrünü-gününü torpağa bağlayan zəhmətkeş insanları, elm adamları, ziyalıları ilə seçilir bu kənd. Diyarımıza gələn yerli və xarici qonaqların ziyarət etdikləri kəndlər sırasındadır Nüsnüs. Həmin Nüsnüs ki dövlətimizin diqqət və qayğısı ilə abad, müasir yaşayış məntəqəsinə çevrilib. 

Ardını oxu...

Bu ilin 3 mart tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlər və Ermənistanın bəyanatdan irəli gələn öhdəliklərinə qarşı olan pozucu əməlləri barədə italiyalı həmkarına məlumat verdi.

Nazir Luici Di Maio bölgədə dövlətlərarası vəziyyətin normallaşması üçün üçtərəfli bəyanatların bütün aspektlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan münasibətlərin hərtərəfli inkişafı perspektivləri, regiondakı yeni əməkdaşlıq imkanları, enerji və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

 

 

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

 

 

 

 

Türkiyə-Azərbaycan-Gürcüstan üç tərəfli iş birliyinə önəm veririk.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin mətbuat konfransında deyib.

Gürcüstandakı hökumət dəyişikliyi səbəbilə təxirə salınan üç tərəfli görüşümüzü yenidən keçirməyi planlaşdırıq:

"Qafqazda sülh və barış bizim üçün önəmlidir. Necə ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiiksə, eləcə də Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik.

 

 

 

 

Hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunması ilə bölgədə yaranmış yeni vəziyyətdə, dayanıqlı sülhün əsas təminatçısı qismində çıxış edən üçtərəfli bəyanatların həyata keçirilməsi olduqca vacibdir və bölgəmizdə sülhü arzulayan hər hansı tərəf məhz bu razılaşmaların icrasına istər bəyanatları, istərsə də fəaliyyəti ilə töhfə verməlidir.

Bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəzi Avropa ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərlə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra bölgədə yaranan yeni vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası sadəcə bölgə ölkələrinin deyil, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı məsələlərdəndir:

"Azərbaycan tərəfi hər zaman bəyan edib və bir daha vurğulayırıq ki, bölgədə dayanıqlı sülh və təhlükəsizliyin, inkişafın təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi vacib şərtdir. Doğru qeyd edirdiniz, son günlərdə bəzi Avropa ölkələrinin qanunverici qurumları bölgədəki vəziyyət və razılaşmaların icrası ilə bağlı sənədlərlə çıxış edirlər. Bu ilin 2 mart tarixində İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında “Ermənistan və Azərbaycan arasında razılaşmanın yerinə yetirilməsi vəziyyəti haqqında” qətnamə qəbul olunub. Qətnamədə hər iki tərəfə müraciət edilərək, tərəflər konstruktiv fəaliyyətə dəvət olunurlar. Balanslaşdırılmış mövqe nümayiş etdirən İtaliya Parlamenti İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad quruculuq tədbirlərini təşviq etmək istiqamətində hər iki dövlətlə ikitərəfli səviyyədə iş aparmağı tapşırıb. Burada ən önəmli məsələ kimi, Parlamentin ərazilərin minalardan təmizlənməsi məsələsinə diqqət ayırdığını və bu xüsusda minalanmış ərazilərin xəritələrinin verilməsini qeyd etdiyini vuruğulamaq istərdim. Ümumiyyətlə, bildiyiniz kimi, artıq ikinci dəfədir ki, İtaliya Parlamenti üçtərəfli bəyanatın icrası ilə bağlı məsələyə diqqət ayırır. Bir müddət öncə 18 noyabr 2020-ci il tarixində qəbul olunmuş qətnamədə də sözügedən birgə bəyanatın imzalanması alqışlanmış və tərəflər, bu bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməyə dəvət olunmuşdular".

Ardını oxu...

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, martın 6-dək davam edəcək səfər çərçivəsində general Nadim Raza bir sıra görüşlər keçirəcək.

 

 

 

Oturmuşuq... Ortalığa sükut çöküb... “Dörd divarına sükut çökən bu ev, kim bilir, bir zamanlar nə sevinclərə, nə qəh-qəhələrə, nə qəmsiz-kədərsiz günlərə şahidlik edib”, – deyə düşünürəm. Bir zamanlar üç igidə ata ocağı olan bu ev indişəhid evidir. Otağın baştərəfində bir rəf yerləşir, bir gözündə ona aid kitablar. Bəlkə də onların içində oxuyub tamamlaya bilmədiyi bir kitab hələ də onu gözləyir.Rəfin üzərindəki şəkillərdən izləyir bizi, elə xoş təbəssümlə baxır ki, sanki hiss edir onun üçün gəldiyimizi.

Səssizcə oturmuşuq... Bu səssizliyi pozmaq lazımdır axı. Amma heç bilmirəm nə deyim? Haradan başlayım? Onu necə tanıyım? Kimdən soruşum onu? Gözümü zillədiyim bir nöqtədən güclə ayırıram və bütün mənəvi gücümü toplayıb, şəhid anasının üzünə baxıram. Əvvəl gözünü Nicatın şəklinə dikib susur, sonra baxışları divarlarda, tavanda gəzişir. Hiss edirəm ağlamaq istəmir. Bəlkə, qüruruna sığışdırmır, bəlkə, dərdini təzələmək istəmir, bilmirəm. Amma qadınlar göz yaşlarını nə vaxt gizlədə bilib ki?! Ortalığa çökən sükutu özü pozur: “Çox mərd, qeyrətli, fədakar oğul idi, Nicat. Heç kəsin xətrinə dəyməzdi. Hərdən deyirəm, kaş ki, bircə dəfə qəlbimi qırardı, xətrimə dəyərdi, bəlkə, bu qədər çox incitməzdi gedişi məni. Hər addımında bizimlə məsləhətləşərdi, həmişə deyərdi ki, ana, nə zaman ki,sənin xeyir-duan olmadan bir iştutsam, həmişə ziyan çəkirəm. O qədər ifallı oğul idi ki, Nicat. Sevgisini bəlli etməkdə çətinlik çəksə də, hər birimizin qayğısını da elə o çəkərdi. Nicatla dost idik biz. Hər sirrini mənimlə bölüşərdi. Arzuları var idi, oktyabrın 23-ü nişan taxacaqdıq, qismət olmadı. Arzusu gözündə qaldı balamın.

Ardını oxu...

Bu, muxtar diyarın toxunulmazlıq hüququnun təsbitidir

(dəyirmi masa)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamı və həmin sərəncama əsasən Tədbirlər Planının təsdiq olunması bu taleyüklü möhtəşəm müqavilənin böyük əhəmiyyətini ortaya qoydu. Bununla bağlı qəzetimizin redaksiyasında təşkil etdiyimiz dəyirmi masanın qonaqları Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası 2021-ci ilin fevral ayında muxtar respublikada fəaliyyət göstərən teleradioların fəaliyyətini izləmiş, texniki və yaradıcılıq baxımından keyfiyyətin yüksəldilməsinə xüsusi diqqət göstərməklə yanaşı, həm də teleradioların monitorinqini aparmışdır. 

Naxçıvan Dövlət Televiziyasının öz teleməhsulları efirin 72 faizini əhatə etmiş, digər telekanalların istehsalı olan materialların yayımı minimum həddə endirilmişdir. Fevral ayında verilişlərin növbəti 126 sayı efirə təqdim olunmuşdur.

Ardını oxu...

 

 

 

Şuşa şəhər polis şöbəsinə yeni təyinat olub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə, Goranboy rayon Polis şöbəsində əməliyyat müvəkkili, polis baş leytenantı Sənan Əsgərov tutduğu vəzifədən azad edilərək Şuşa şəhər polis şöbəsinin əməliyyat müvəkkili təyin edilib.

Qeyd edək ki, S.Əsgərovun atası Xəzani Əsgərov Şuşa şəhər Polis Şöbəsinin əməkdaşı olub və 1994-cü ildə Qarabağ müharibəsindəki döyüşlərdə şəhid olub.

 

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib.

Bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimovla görüşdə deyib.

Onun sözlərinə görə, R.T.Ərdoğanın tapşırığı ilə Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək.

“Türkiyə prezidentinin tapşırığı ilə Qarabağ zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı soyqırımı barədə ortaq serial və film layihələrini həyata keçirəcəyik. Bu cür layihələrin həm milli, həm də qlobal səviyyədə rəqəmsal platformalarda yer almasını təmin etməklə tarixi birliyimizi ən güclü şəkildə vurğulayacağıq”.

O əlavə edib ki, iki ölkə tarixi hadisələrlə yanaşı, ortaq dəyərləri gündəmə gətirən sərgi, simpozium və digər tədbirləri də təşkil edə bilər.

 

 

 

Azərbaycan 2020-ci il üzrə İqtisadi azadlıq indeksində göstəricilərini yaxşılaşdırmış beş Avropa ölkəsi arasında birinci yeri tutub.

"Heritage Foundation"a istinadən məlumat veririk.

Hesabata əsasən, 2020-ci ildə Azərbaycanın mövqeləri biznes azadlığı, investisiya azadlığı və maliyyə rifahı sahəsində yüksək qiymətlər sayəsində 16 pillə yüksəlib.

Azərbaycan iqtisadi azadlıq qiymətləndirməsinə görə, 69,3 indekslə 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb. Biznes azadlığı, investisiya azadlığı və maliyyə rifahı göstəricisində isə Azərbaycanın indeksi 3,9 xal yüksəlib. Ölkə bu göstəricidə 45 Avropa ölkəsi arasında 24-cü olub.

2021 Formula 1 Azərbaycan Qran Prisi koronavirus pandemiyası səbəbindən azarkeşlər olmadan keçiriləcək.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bu gün keçirilən seminarında bildirilib.

Qeyd olunub ki, hazırda kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulduğu üçün Formula 1 yarışının azarkeşlər olmadan keçirilməsinə qərar verilib.

Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Bu barədə M.Çavuşoğlu şəxsi tvitter hesabında bildirib.

O qeyd edib ki, işğal müddətində Dağlıq Qarabağda ziyan dəymiş Azərbaycan mədəni irsinin bərpası üçün Türkiyə hər cür dəstəyi verəcək:

"UNESCO daxil olmaqla beynəxalq platformalarda Azərbaycanın ədalətli mübarizəsində arxasındayıq".

Təhsil Nazirliyi qarşıdan gələn 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ilə əlaqədar ictimaiyyətə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq:

"Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) və yaxud  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz".

 

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.

R.T.Ərdoğanın imzaladığı qərara əsasən, saziş qüvvəyə minib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin fevralın 25-də Bakıda imzalanıb.

 Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi əksini tapıb.

Dünyanın ən nüfuzlu Beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı çoxsaylı ölkələri özündə birləşdirir. Azərbaycan 1992-ci il martın 2-də bu təşkilata üzv seçilmişdir. Sayca qurumun 181-ci üzvü olan ölkəmizin dövlət bayrağı həmin gün Nyu-Yorkda qaldırılmış, may ayının 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. Bu, Azərbaycan xalqının müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi olaraq tanınması demək idi. Ümummilli liderimiz Heydər Əliyev BMT-nin 50 illiyinə həsr edilmiş təntənəli tədbirdə bu məsələ ilə bağlı demişdir: “Biz tarixdə ilk dəfə müstəqil Azərbaycan Respublikasının dünya birliyində bərabərhüquqlu yer tutduğuna görə fəxr edirik”.

Ardını oxu...

           Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 8 fevral 2021-ci il tarixdə “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir”.

          Qədim tarixə malik olan Naxçıvanın igidləri tarix boyu yadellilərin hücumuna sinə gərmiş, torpaqlarımızın və xalqımızın müstəqilliyinin təmin olunması üçün yorulmadan mübarizə aparmışlar. Təsadüfi deyil ki, Yaxın Şərq və Cənubi Qafqazda ən qədim qala tipli yaşayış yerləri də məhz Naxçıvan ərazisindədir. Lakin XIX-XX əsrlərdə kapitalizmin inkişafı, formalaşan imperiyalar xalqımızın ərazi bütövlüyü və Naxçıvan üçün yeni təhlükə yaratmışdır. XX əsrin əvvəlində kəskinləşən imperialist müharibələrixüsusilə təhlükəli olmuşdur. 

Ardını oxu...

Hər il martın 1-i Ümumdünya İmmunitet Günü qeyd edilir.

2002-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı həmin günün qeyd edilməsi təşəbbüsü ilə çıxış edib.

Kliniki İmmunoloqlar Assosiasiyasının araşdırmalarına görə, dünyanın bütün ölkələrində əhalinin 7-15 faizə qədəri immunitetin zəifliyindən əziyyət çəkir. İnsanı qoruyan hüceyrələrin təxminən 80 faizi mədə-bağırsaq boşluğunda yerləşir. Həyatda hər gün saysız-hesabsız bakteriyalarla üzləşirik, lakin immun sistemin sayəsində onlardan qorunaraq xəstəliklərə yoluxmuruq. Bu mənada immun sistemi orqanizm üçün etibarlı sipər rolu oynayır. Ona görə də düzgün qidalanma immunitetin möhkəm olmasının əsas şərtlərindən sayılır. Buna nail olmaq üçün qida rasionunda meyvə, tərəvəz, müxtəlif sıyıqlar və ağartı məhsulları üstünlük təşkil etməlidir. Çay içmək də immuniteti artıran vasitələrdən hesab olunur. Tədqiqatçıların hesablamalarına görə, müntəzəm olaraq çay içmək immun sisteminin müqavimət qabiliyyətini 5 dəfəyə qədər artırır.

Ardını oxu...

Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan jurnalistlərə verilən məlumata görə, Qubadlı rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir. Rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam nəzarət olunur.

 

 

 

Ermənistan tikinti materialları adı altında Qarabağa, hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərinə əsgər daşıyırmış.

Bu fakt amerikalı jurnalist-freelancer Patrik LankasBterin Yerevandan, Ermənistan Müdafiə Nazirliyinin qarşısından hazırladığı reportajdan üzə çıxıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, valideyinlər övladlarının tikinti materialları daşıyan maşınlarda, gizli şəkildə Qarabağa gətiriləcəyindən xəbər tutaraq nazirliyin qarşısına toplaşıblar və etiraz edirlər.

Tələb edirlər ki, onların övladları Qarabağa aparılmasın və ancaq Ermənistan ərazisində xidmətini davam etdirsin. Çünki Qarabağ Azərbaycanın ərazisidir və prezident İlham Əliyev Ermənistan əsgərinin Qarabağdan çıxarılmalı olduğunu bildirib.

Ardını oxu...

Populyar “General de Europe” jurnalı Qarabağda döyüşən Fransa vətəndaşları və onların barəsində istintaqın başladılması ilə bağlı maraqlı yazı dərc edib.

“Dağlıq Qarabağ: Fransa tərəfindən açılan ilkin istintaq” adlı məqalənin müəllifi Yaxın Şərq üzrə mütəxəssis, siyasi elmlər doktoru Sebastyan Bussua bildirir ki, ötən ilin sentyabrın 27-də Azərbaycan Dağlıq Qarabağ üzərində öz hüquqlarını bərpa etmək üçün hərbi əməliyatlara başlayıb.

Savaş Minsk Qrupu və beynəlxalq hüququn himayəsi altında otuz illik nəticəsiz danışıqlardan sonra qaçılmaz olub. Rəsmi Bakı beynəlxalq ictimaiyyəti hərbi əməliyyatların gedişi ilə bağlı daim məlumatlandırıb.

S.Bussua təəssüf hissi ilə qeyd edir ki, erməni işğalçı ordusunun müdafiəsinə kömək etmək üçün onlarla fransız müharibə ərazisinə yollanıb. Halbuki, onların bu hərəkəti tamamilə qanunsuzdur.

Ardını oxu...

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR