04 Mart 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən kollegiya iclasını komissiyanın sədri İsmayıl Qəribli açaraq bildirib ki, 2019-cu il ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 6 dövlət orqanının qanun­vericiliyə uyğun olmayan 7 qərarı ləğv etdirilib.

Qeyd edilib ki, 2019-cu il ərzində dövlət qulluğuna, hüquq-mühafizə orqanlarına, ümumi təhsil və musiqi təhsili müəssisələrinə işə qəbul üçün Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş 11 test imtahanında 2391 nəfər iştirak edib, 1053 nəfər müvafiq keçid balını toplayıb. İmtahanlarda uğur qazanmış 359 namizəd müvafiq vakant vəzifələrə təyin olunub. Hesabat dövründə dövlət qulluğuna, ümumtəhsil müəssisələrinə, həmçinin səfərbərlik, gömrük, vergi orqanlarına işə qəbul üçün təşkil olunmuş hazırlıq kurslarında, ümumilikdə, 376, keçirilmiş sınaq imtahanlarında isə 704 nəfər iştirak edib. İmtahanlarda şəffaflığın təmin edilməsi, namizədlərin bilik səviyyəsinin ətraflı yoxlanılması, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərin test suallarında öz əksini tapması məqsədilə il ərzində 8494 sual test bankına işlənib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən iki startap layihənin – “DQMK.NMR.AZ” mobil tətbiqinin və “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsinin təqdimat mərasimləri keçirilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR