Dünya birjalarında neftin qiyməti bahalaşıb.

  Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,48 dollar artaraq 65,92 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,52 dollar bahalaşaraq 60,13 dollar təşkil edib.