08 Mart 2021, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ordubad rayonunun Unus kəndində ekoloji və hüquqi  maarifləndirmə tədbiri keçirib. “Ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin olunması və xüsusi mühafizə edilməsinin əhəmiyyəti” adı altında baş tutan tədbirdə bildirilib ki, son illər  rayonda ekoloji mühitin saflaşdırılması, yeni meyvə bağlarının və yaşıllıq zolaqlarının salınması istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlər görülür.

 Tədbirin keçirilməsində  əsas məqsəd yaşıllıqların artırılması, qorunması, ətraf mühitə təsir hallarının öyrənilməsi, eləcə də qanunazidd halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsidir.

Yaşıllıqların korlanmasının, ağacların kəsilməsinin, fauna və floraya zərər yetirilməsinin, qanunsuz ov edilməsinin  yolverilməz olduğu bildirilib, bu kimi qanun pozuntularına qarşı cərimələrin tətbiq edildiyi diqqətə çatdırılıb.

Vurğulanıb ki, son illər bu bölgədə qanunsuz ov edilməsi və digər qanunazidd hallara rast gəlinir. Elə bu yaxınlarda Unus kənd sakini tərəfindən bezuar keçisinin ovlanması buna əyani sübutdur.  Bütün bu hallara qarşı tək ekoloqlar deyil, hamılıqla mübarizə aparılmalı, vətəndaşlıq borcumuzu yerinə yetirməliyik.    

Məhəmməd Fərəcov

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR