04 Mart 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 yanvar tarixli 5 nömrəli Qərarı ilə “Aqrar Sığorta Fondunun Nizamnaməsi” təsdiq edilmişdir. Fondun yaradılmasında məqsəd aqrar sığorta sisteminin təşkilini, inkişafını, dayanıqlılığını və fasiləsiz fəaliyyətini təmin etməkdən ibarətdir.

Həmin tarixdə “Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin Siyahısı”, “Aqrar sığorta predmetinin Tərkibi”nin və “Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin” təsdiq edilməsi haqqında Qərarlar qəbul edilmişdir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 9 nömrəli Qərarı ilə “Ordubad Rayon Uşaq Xəstəxanası” publik hüquqi şəxsinin nizamnaməsi təsdiq edilmişdir. Xəstəxananın fəaliyyətinin məqsədi xidmət göstərdiyi əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsindən ibarətdir.
Eyni zamanda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 9 sen­tyabr tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nda da dəyişiklik edilmişdir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış ­olmaq mümkündür.

Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR