Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı idarə heyətinin iclası keçirilib.

 İclasda təşkilatın  sədri Mirməcid Seyidov  bildirib ki, 2019-cu ildə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının aidiyyətı təşkilatlarla əlaqələri daha da möhkəmlənib.

Ötən il ərzində müxtəlif kateqoriyalar üzrə müharibə iştirakçıları və şəhid ailələrinin qeydiyyatının aparılması işi davam etdirilib. Şəhidlərin, o cümlədən muxtar respublikamızdan olan milli qəhrəmanların xatirə günlərinin keçirilməsi təmin olunub.

Şəhid ailələrinin problemlərinin həllinə yönəlmiş 40-dan artıq tədbir keçirilib. Vurğulanıb ki,  təşkilatın həyata keçirdiyi tədbirlərin əsas məqsədlərindən biri də gənc nəslə vətənpərvərlik hisslərinin  aşılanması və onların doğma yurda məhəbbət ruhunda tərbiyə edilməsindən ibarətdir.