04 Mart 2021, Cümə axşamı

Naxçıvan Dövlət Universitetində “Müasir mərhələdə multikulturalizm” mövzusunda elmi konfrans keçirilib.
Universitetin rektoru, dosent ­El­brus İsayev konfransda çıxış edərək bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm Azərbaycançılıq məfkurəsinin tərkib hissəsi kimi çox mühüm əhəmiyyətə malikdir. Xalqımızın həyat tərzinə çevrilən multikulturalizm, eyni zamanda dövlət səviyyəsində də həmişə təbliğ olunur. Rektor artıq 2015-ci ildən universitetdə “Multikulturalizm” tədrisindən danışıb və qeyd edilib ki, Naxçıvan Dövlət Universiteti multikulturalizmi seçmə fənn kimi tədris proqramına daxil edən ilk ali təhsil ocaqlarından biridir.

Fəlsəfə və sosial iş kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Məmməd Rzayev bildirib ki, qlobal problemlərin həllində multikulturalizm mühüm rol oynayır. Professor ölkəmizdəki multikultural, tolerant mühitin üstünlüklərindən danışaraq Azərbaycanın bu sahədə əldə etdiyi uğurların dünya dövlətləri, ölkəmizə gələn qonaqlar tərəfindən də etiraf edildiyini və yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Şamxal Məmmədov, Fəlsəfə və sosial iş kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Bağır Babayev, Azərbaycan tarixi kafedrasının müəllimi Zamin Əliyev elmi konfransda çıxış edərək multikulturalizmin anlayış kimi yeni həyat tərzi və mahiyyət baxımından qədim tarixə malik olmasından, ölkəmizin multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsi ilə tanınmasından ətraflı danışıblar.

Telli MUSTAFAYEVA

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR