06 Mart 2021, Şənbə

Dünən Naxçıvan Şəhər Nəqliyyat İdarəsində avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti göstərən sürücülərə lisenziyaların verilməsi işi ilə əlaqədar müşavirə keçirilib. Tədbirdə xidmətin şöbə müdiri Elxan Novruzov çıxış edərək Ali Məclis Sədrinin 2018-ci il 22 ok­tyabr tarixli Fərmanının əhəmiyyətindən danışıb.

Xidmətin sektor müdiri Zaur Əliyev lisenziyanın verilməsi qaydaları və şərtləri haqqında məlumat verərək bildirib ki, avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə qanun pozuntusunun qarşısının alınması, daşımaların təhlükəsizliyi, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidməti göstərən sürücülərə lisenziyanın verilməsi vacib məsələdir. Bildirilib ki, muxtar respublika ərazisində bu fəaliyyətlə məşğul olan 150-dən artıq sahibkara yenidən lisenziya verilib.
Diqqətə çatdırılıb ki, lisenziyanın qüvvədəolma müddəti bir ildir. Çıxışda yeni lisenziyaların alınması ilə bağlı sənədləşmə işləri haqqında ətraflı söhbət açılıb.
Tədbirdə qanunsuz sərnişindaşıma fəaliyyəti göstərənlərə qarşı atılan addımlardan da bəhs olunub.
Sonra sürücüləri maraqlandıran suallar cavablandırılıb, lisenziya almaq üçün müraciət edən sa­hibkarlara yeni lisenziyalar təqdim olunub.

 Nail ƏSGƏROV

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR