Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Hindistanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavnanın dəvəti ilə bu ölkənin milli bayramı-Respublika Günü münasibətilə Bakıda təşkil edilmiş rəsmi qəbulda iştirak edib.