27 Fevral 2021, Şənbə

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə 2020-2021-ci tədris ili üçün kursant qəbulunun qaydaları açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, hərbi liseylərdə tədris Azərbaycan dilində olmaqla iki il əyani aparılır.

Liseylərə 2020-ci sentyabrın 15-dək 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan, qəbul ilində ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsini bitirən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.

Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər 2020-ci il aprelin 1-dən 30-dək ərizə ilə lisey rəisinə müraciət etməlidirlər. Müraciət üçün tələb olunan sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

Namizədlər müraciət etdikləri hərbi liseydə hərbi həkim komissiyasından keçməlidirlər. Bu komissiyadan keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.

Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçən namizədlər internet vasitəsilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edirlər. Sonra həmin şifrə və iş nömrəsi ilə hərbi liseyin Sənəd Qəbulu Komissiyasına gələrək elektron ərizə formasını təsdiq etdirirlər. Namizədlər qəbul imtahanlarının başlama tarixinə 3-5 gün qalmış hərbi liseyin Sənəd Qəbulu Komissiyasından imtahana buraxılış vərəqəsi alırlar. Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə illik qiymət 3-dən aşağı olan namizədlərə buraxılış vərəqəsi verilmir.

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı Azərbaycan dili, riyaziyyat, fizika, kimya fənləri üzrə Azərbaycan dilində aparılır. Namizədlər hərbi liseylərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının nəticələrinə əsasən qəbul edilirlər.

Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 51 manat məbləğində müavinət alırlar.

Sənədlər C.Naxçıvanski adına Hərbi Liseydə qəbul olunur (ünvan: Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, Zığ-1 hərbi şəhərcik. Əlaqə telefonu: 479-80-24).

Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslərin sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim etməlidirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).

Elektron ərizələrin doldurulması, imtahana buraxılış vərəqəsinin verilməsi, imtahanların başlaması tarixləri barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin internet saytında və kütləvi informasiya vasitələrində elan olunur.

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR