08 Mart 2021, Bazar ertəsi

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının şura iclası keçirilib. İclasda geniş hesabat məruzəsi ilə çıxış edən təşkilatın sədri Qadir İbrahimov 2019-cu ildə görülmüş işlər, buraxılan nöqsanlar və qarşıda duran vəzifələr barədə danışıb. Bildirib ki, muxtar respublikamızın son illər davamlı, çox sürətlə və hərtərəfli inkişaf etməsi Culfa rayonunun timsalında da özünü göstərib. Belə ki, həyata keçirilmiş abadlıq-quruculuq və yaşıllaşdırma tədbirlərindən bu rayona da xeyli pay düşüb. Kənd mərkəzlərində ərazi ilk təşkilatları üçün hərtərəfli iş şəraiti yaradılıb. Hazırda təşkilat bu il ölkəmizdə, muxtar respublikamızda keçiriləcək parlament seçkiləri ilə bağlı işlərini təqvim planına uyğun aparır.

Qeyd olunub ki, rayon təşkilatı, ərazi ilk təşkilatları 2019-cu ilin əvvəlindən yerlərdə partiya işlərini inkişaf etdirməyə, müasir tələblər səviyyəsində qurmağa çalışıb.
5700 nəfər Yeni Azərbaycan Partiyası üzvünün fəaliyyət göstərdiyi rayon təşkilatı 54 kənd ərazi təşkilatını özündə birləşdirir. Bu təşkilatlarda partiya üzvlərinin 2733-ü qadın, 1682-si gəncdir. Ərazi ilk təşkilatlarında gənc və yaradıcı qüvvələrin Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsinə diqqət artırılıb. 83 nəfər partiya üzvlüyünə qəbul edilib.
Rayon təşkilatının Gənclər Birliyi 2019-cu ildə fəaliyyətini canlandırıb, təbliğat-təşkilati işlərdə fəal istirak edib. Gənclərin tarixi abidələrə, muzeylərə ekskursiyaları və gəzintiləri təşkil olunub. Onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi sahəsində müxtəlif tədbirlər, yarışlar, görüşlər keçirilib. Təşkilatın Qadınlar Şurasının da fəaliyyəti qənaətbəxş olub.
Qadir İbrahimov diqqətə çatdırıb ki, 2019-cu ildə işdə buraxılmış bəzi nöqsan və çatışmazlıqlar rayon təşkilatının idarə heyətinin iclasında geniş müzakirə və təhlil olunub, onların aradan qaldırılması üçün müvafiq qərarlar qəbul edilib.
Qeyd olunub ki, ərazi ilk təşkilatları 2020-ci ildə fəaliyyətlərini daha da canlandırmalı, təşəbbüskarlıq artırılmalıdır. Partiyaya yeni qəbul olunanlarla ideoloji iş gücləndirilməli, üzvlərlə fərdi işə üstünlük verilməlidir.
Şura iclasında Yeni Azərbaycan Partiyası Rayon Təşkilatı Gənclər Birliyinin üzvü Vüsal Nəcəfov, Qadınlar Şurasının sədri Xanım Tağıyeva, Yaycı kənd ərazi ilk təşkilatının sədri Vaqif Abdullayev çıxış ediblər.
Tədbirdə bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Alim AĞAYEV

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR