28 Fevral 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində çalışan işçilərin peşəkarlığının obyektiv qiymətləndirilməsi, tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi və gələcək inkişaflarının təmin edilməsi məqsədilə dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən onların attestasiyası üzrə test imtahanı keçirilmişdir.

İmtahanda qanunvericilik üzrə 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilmişdir. İmtahanda test tapşırıqlarının ən azı 60 faizini (60 bal) düzgün cavablandırmış şəxslər müvafiq keçid balını toplamış sayılırlar.
Attestasiya üzrə test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 18 nəfərdən 16-sı test imtahanında iştirak etmiş, 15-i müvafiq keçid balını toplamışdır.
Test imtahanının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.
Bundan başqa, noyabrın 16-da Dövlət Gömrük Komitəsində, və 18 noyabrda Ədliyyə Nazirliyində çalışan işçilərin, 20-30 noyabr tarixlərində isə dövlət musiqi təhsili müəssisələrində işləyən müəllimlərin attestasiyası üzrə test imtahanları keçirilmişdir. Ümumilikdə, imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş 886 nəfərdən 835-i test imtahanlarında iştirak etmiş, 368-i müvafiq keçid balını toplamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR