11 Aprel 2021, Bazar

Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Ermənistanda ciddi narahatlıq yaradıb.

Ənənəvi ortaq hərbi təlimlərdən səksəkəyə düşən erməni cəmiyyəti sosial mediada Paşinyan hakimiyyətini tənqid etməyə başlayıb.

Tanınmış ictimai xadimlərin əksəriyyəti siyasi elitanı Qarabağı geri qaytarmaq xülyasına düşməkdənsə, gələcəkdə Naxçıvan istiqamətində ehtiyatlı olmağa çağırıb.

İctimai fəal, QHT rəhbəri İrina Danielyan hərbi təlimlərdən videogörüntülər paylaşaraq absurd şəkildə iddia edib ki, yaxın gələcəkdə guya Naxçıvan istiqamətində genişmiqyaslı müharibə olacaq:

"Bir müddət öncə "Saqqallı Andranik" (Deputat Andranik Koçaryan-red.) bu cür təlimlərdən qorxmağın lazım olmadığını söylədi. Çünki guya biz yaxşı müdafiə olunuruq. 2020-ci ilin yayında Türkiyə-Azərbaycan genişmiqyaslı hərbi təlimləri keçirilirdi və o zaman da biz müharibə olacağını söyləyəndə "Nikolaidlər" (Paşinyanın tərəfdarları-red.) bizə gülürdü. Nikol hakimiyyətə torpaqları qaytarmaq üçün gəldi. Məgər bu baş vermədimi? Bir daha deyirəm ki, çox yaxında Naxçıvan istiqamətdə genişmiqyaslı müharibə olacaq".

Xatırladaq ki, Ermənistan tərəfindən dəfələrlə belə absurd iddialar səsləndirilib. Azərbaycan işğal altında saxlanılmış öz torpaqları xaric başqa sərhəddən kənarda heç vaxt hərbi əməliyyatlar aparmayıb və Ermənistandan fərqli olaraq tarixboyu belə bir hərbi-siyasi strategiya formalaşdırmayıb. Görünür, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı hələ uzun müddət İrəvanı qorxu içində saxlayacaq.

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR