11 Aprel 2021, Bazar

“Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası və “Marmaray”ın buna inteqrasiya edilməsi ilə Pekindən Londona qədər fasiləsiz bir “Dəmir İpək yolu” ortaya çıxır”.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu dilə gətirib:

“Qərbdən – Avropadan həm ölkəmizdən, həm də ölkəmiz vasitəsilə Türk Cümhuriyyətlərinə və ya İrana bu şəkildə qatarlar getməyə davam edəcək. Ölkəmizdəki dəmiryolunun nəqliyyatdakı payını 20 faizə çatdırmağı düşünürük. Ölkə içində də dəmiryolunda sıçrayış müşahidə olunur. Sürət qatarı xətlərimizi tamamlamağa çalışırıq.

Sənaye bölgələrinə, limanlara dəmiryolu şəbəkələrini bağlayıb, buradakı logistika xərclərini azaltmağa çalışırıq. Logistika xərcləri hazırda hazırda təxminən 25 faizdir. Bu rəqəmi 10 faizə qədər azaltdıqda həm ölkəmizə, həm xalqımıza fayda verəcək”.

Onun sözlərinə görə, logistika sahəsindəki işlərin 11-i tamamlanıb, 10-da iş gedir:

“Bakı-Tbilisi-Qars xəttində Gürcüstan-Azərbaycan-Rusiya-Qazaxıstan-Xəzər dənizi keçidləri tərəfində aktiv bir hərəkətlilik başlayıb. İranla Türkiyə arasında önəmli irəliləyişlər var.

Naxçıvan bağlantısının Qarsdan bir xətlə ayrılması üçün layihələrimiz davam edir. Bura da tamamlananda fərqli bir çatdırılma marşrutu ortaya çıxacaq. Naxçıvan dəhlizi layihəsi üzərində işlər davam edir.

Təxmini marşrut bəllidir. Ölkəmizdəki hissəsini bir layihələndiririk. Azərbaycan-Naxçıvan arasındakı nəqliyyat dəhlizi ilə Azərbaycan məşğul olur. Onlar da önümüzdəki həftə buraya gələcəklər. Bu mövzu yenidən gündəmə gələ bilər”.

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR