11 Aprel 2021, Bazar

Türkiyə kosmik sahədə 3 ölkə ilə müqavilə imzalayıb. Azərbaycan və Pakistanla da bu sahədə əməkdaşlıq sazişləri isə imzalanma mərhələsindədir.

Bu sözləri Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank deyib.

Qeyd edək ki, Türkiyə kosmik sahədə strateji proqram qəbul edib. Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 9-da Milli Kosmos Proqramının hədəflərini açıqlayıb. Yeni nəsil milli peyklər istehsal etmək, kosmosla əlaqə qurmaq, kosmik liman yaratmaq kimi mühüm sahələrdən ibarət proqramı açıqlayan dövlət başçısı bildirib ki, əsas hədəf türk insanını Aya göndərməkdən ibarətdir.

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR