11 Aprel 2021, Bazar
“Naxçıvan” Universitetinin əməkdaşları Fransanın Paytaxtı Paris şəhərində keçirilən   “Paris-V sosial elmlər” onlayn  konfransında iştirak ediblər.
10  ölkənin elm adamlarının iştirak etdiyi beynəlxalq konfransda “Naxçıvan” Universitetini universitetin əməkdaşları Nübar Səfərli və Emelya Süleymanova təmsil edib.
Onlayn konfransda  Nübar Səfərli  ““Naxçıvan”Universitetinin regionda mütəxəssis hazırlanmasında yeri və rolu” , Emelya Süleymanova “Müəllimin dərs zamanı şagirdlərin diqqətinin, iradəsinin və təfəkkürünün inkişaf etdirmək təcrübəsi” adlı məqalələrlə çıxış ediblər.
Konfransın sonunda hər iki məruzəçi  sertifikatla mükafatlandırılıb.
 
Seyfur Hacımuradov
 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR