20 Aprel 2021, Çərşənbə axşamı

Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub.
Görüşün keçirilməsində məqsəd gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, Vətən müharibəsi haqqında daha çox məlumat əldə etməsi, onların müharibə iştirakçılarını daha yaxından tanımalarına şəraitin yaradılmasıdır.

Tədbiri giriş sözü ilə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva açaraq qeyd edib ki, 2020-ci ildə gənclərimizin qazandığı ən böyük uğur İkinci Qarabağ müharibəsində göstərdikləri şücaət və qazandığımız tarixi Qələbəmizdir. Bu Qələbə Ali Baş Komandanımızın qətiyyəti, böyük siyasi iradəsi, Azərbaycan əsgərinin gücü, gənclərimizin özləri üçün hər şeydən üstün tutduğu Vətən sevgisi ilə qazanıldı. 30 ilə yaxındır, işğal altında olan ərazilərimizin böyük, həm də strateji əhəmiyyətli hissələri ordumuzun qəhrəman övladlarının yüksək döyüş bacarıqları sayəsində azad olundu. Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın, öz sağlamlıqlarını itirən qazilərimizin hər biri ilə fəxr edir, qürur duyuruq.
Görüş zamanı Əlahiddə Ümumqoşun Ordunun zabitləri, Vətən müharibəsi iştirakçılarından baş leytenant Cavidan Axundzadə, baş gizir Nail Eyvazov, gizir İmran Səfizadə çıxış edərək bildiriblər ki, İkinci Qarabağ müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlar ölkəmizdə və muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edib və qələbə sevincini yaşayıblar. Müharibə iştirakçıları döyüşlər barədə öz xatirələrini bölüşüb, Vətənin azadlığı və suverenliyi uğrunda istənilən anda bundan sonra da vuruşmağa hazır olduqlarını bildiriblər.
Sonra hərbçilər gənclərin suallarını cavablandırıblar. Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR