15 Aprel 2021, Cümə axşamı

5 mart 2021-ci il tarixdə “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə onlayn konfrans keçirilmişdir.

Konfransda Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən hər il martın 5-i Azərbaycanda Bədən tərbiyəsi və idman günü kimi qeyd olunması ölkəmizdə idmanın inkişafına göstərilən qayğının təzahürüdür. Naxçıvan Muxtar Respublikasında da hər il Bədən tərbiyəsi və idman günü qeyd olunur, müxtəlif idman növləri üzrə muxtar respublika birincilikləri  keçirilir. Naxçıvan Muxtar Respublikasında da idman hər zaman diqqət mərkəzində saxlanılan və təşviq edilən sahə olmuşdur. Muxtar respublika rəhbərliyinin diqqət və qayğısı sayəsində bu gün muxtar respublika gənclərinin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması davamlı həyata keçirilir və yeni idmançılar nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 2020-2025-ci illəri əhatə edən Dövlət Proqramı qəbul olunmuş, Proqramın icrası ilə bağlı bir sıra işlər həyata keçirilmişdir. Konfransda 200 nəfərdən artıq idman ictimaiyyətinin nümayəndəsi, gənclər və idmançılar iştirak etmiş, Milli Məclisin sədr müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev, Azərbaycan Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Şuşa Şəhər Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov və Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxış edərək “5 mart-Bədən Tərbiyəsi və İdman Günü”nün mahiyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə çıxış etmiş, bütün idman ictimaiyyətini bu gün münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR