15 Aprel 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi aidiyyəti vəzifələrin icrasını fevral ayı ərzində də uğurla həyata keçirib. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib və 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 2 qərarı dəyişdirilib.

Fevralın 24-dən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 14 oktyabr 2020-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi başlayıb. 103 vəzifənin tutulması üçün, ümumilikdə, 341 namizədin iştirak etdiyi müsahibə mərhələsi martın 13-ə qədər davam edəcək.
Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarının keçirilməsi fevral ayında da davam edib. Martın 1-nə qədər, ümumilikdə, 2944 təhsilverən sertifikasiya imtahanında iştirak edib. Onlardan 1539-u müvafiq keçid balını toplayıb. Muxtar respublika üzrə riyaziyyat, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin sertifikasiyası tam başa çatdırılıb.
Fevral ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu sahəsində təşkil olunmuş hazırlıq kurslarında, ümumilikdə, 66 nəfər, müəllimlərin işə qəbulu və sertifikasiyası üçün keçirilən sınaq imtahanlarında isə 112 nəfər iştirak edib.

Naxçıvan Muxtar Respublikasının
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR