29 Oktyabr 2020, Cümə axşamı

Muxtar respublikamızın iqtisadiyyatında mühüm paya malik olan aqrar sektor regionda ərzaq təhlükəsizliyinin təmini və əhali məşğulluğu məsələlərinin həllində əsas yer tutur. Bu baxımdan aqrar sektorun inkişaf etdirilməsi və mövcud torpaq, iqlim resurslarından səmərəli istifadə olunması üçün aqrar sığorta münasibətlərinin də əhəmiyyəti böyükdür. Buna görə də fermer və torpaq mülkiyyətçilərinin biznes maraqlarının qorunması məqsədilə muxtar respublikamızda həyata keçirilən aqrar sığortanın genişləndirilməsi üzrə verilmiş tapşırıqların icrasına diqqət artırılır.

Kənd təsərrüfatı hər cür təbii hadisələrə, eləcə də insanların səbəb olduğu texnogen qəzalara qarşı çox həssasdır. Müxtəlif təbii fəlakətlər – zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, həmçinin zərərvericilərin vurduğu ziyanlar, yoluxucu xəstəlik və zəhərlənmələr, ilan və həşərat sancmaları, zəhərli otlar və yemlərdən zəhərlənmə, kütləvi zəhərlənmələr nəticəsində ölüm, vəhşi heyvanların hücumu, habelə yanğın və üçüncü şəxslərin hərəkətləri nəticəsində kənd təsərrüfatına xeyli miqdarda zərərlər dəyməsi və məhsuldarlığın aşağı düşməsi baş verir. Bu isə aqrar sahə ilə məşğul olan insanların ilboyu çəkdiyi zəhmətin nəticəsiz qalmasına səbəb olur ki, aqrar sığortanın mahiyyəti də belə gözlənilməz hadisələrdən həm bitkiçilik, həm də heyvandarlıq məhsulları istehsalına dəyə biləcək zərərlərin əvəzinin ödənilməsidir.

Ardını oxu...

Muxtar respublikada əhalinin payız-qış mövsümündə kənd təsərrüfatı məhsullarına olan tələbatının tam və dolğun şəkildə, ekoloji cəhətdən təmiz, yerli istehsal məhsulları ilə təmin edilməsində soyuducu anbar və istixana komplekslərinin rolunu, xüsusilə vurğulamaq lazımdır. Soyuducu anbarların yaradılması payız və qış dövründə istehlakçılara keyfiyyətli meyvə və tərəvəzin çatdırılması ilə yanaşı, ixracı da artırmağa imkan verir. Eyni zamanda bu anbarların hər biri yeni iş yerlərinin açılması deməkdir ki, bu da əhalinin məşğulluğunun təmin olunmasında öz əksini tapır.
Qeyd edək ki, soyuducu anbarlara, əsasən, muxtar respublikada yetişdirilən yerli meyvə-tərəvəz məhsulları tədarük olunduğundan aqrar sahənin inkişafına, istehsalçıların öz işini genişləndirməsinə böyük stimul yaratmaqdadır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə İqtisadiyyat Nazirliyinin qarşısına daxili bazarın vəziyyətinin təhlili, mövsümə uyğun əsas ərzaq məhsullarına olan tələbatın müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükü və onların ehtiyatlarının yaradılması kimi mühüm vəzifələr qoyulmuşdur.

Ardını oxu...

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “İxrac ili” elan edilmiş 2020-ci ilin yanvar-sentyabr aylarında da davam etdirilmişdir.

2020-ci ilin yanvar-sentyabr aylarında inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 101 milyon 254 min manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 0,7 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artaraq 4564 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 28 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 57 faiz təşkil etmişdir.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 0,9 faiz, kənd təsərrüfatı məhsulu 3,7 faiz, informasiya və rabitə xidmətləri 4,6 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə
**) yanvar-avqust ayları göstəricisi

Sənaye

Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf konsepsiyasının Naxçıvan Muxtar Respublikasında ardıcıl şəkildə və uğurlu icrasının nəticəsidir ki, 30 ildir, blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvanda bütün sahələrdə dinamik inkişafa nail olunmuşdur. Təbii ki, muxtar respublikamızda sosial-iqtisadi göstəricilərin artım tempinin qorunub saxlanılmasında icra edilən Dövlət proqramlarının mühüm əhəmiyyəti vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın da əsas məqsədi muxtar respublikanın dayanıqlı inkişafının təmin olunmasına imkan verən əlverişli mühit yaratmaqdan ibarətdir.

Ardını oxu...

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək şanlı qələbəyə doğru inamla irəliləyir. Bu tarixi günlərdə Azərbaycan bank ictimaiyyəti də hər zamankı kimi Ordumuzun, dövlətimizin yanındadır. Azərbaycan Banklar Assosiasiyasından verilən xəbərə görə, Azərbaycan bankları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanlarımıza, Vətən uğrunda canından keçən Şəhidlərimizin ailə üzvlərinə bütün dövrlərdə xüsusi diqqət və ehtiramla yanaşmış və bu münasibət hər zaman davam edəcək.

Hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan banklar yekdil olaraq aşağıdakı qərarları qəbul ediblər: 

1. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

Ardını oxu...

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR