22 Oktyabr 2019, Çərşənbə axşamı

Elektrik enerji mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə Azərbaycandan qonşu İran və Gürcüstan dövlətləri arasında yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilir.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən AZƏRTAC-a bildirilib ki, Gürcüstan ilə elektrik enerjisi mübadiləsində etibarlılığı artırmaq və daha çox elektrik enerjisi ixrac etmək, o cümlədən Gürcüstandan tranzit Avropa bazarına çıxış imkanlarını daha da artırmaq məqsədilə 330 kilovoltluq “Ağstafa-Qardabani” hava xətti 44 kilometr məsafədə, 2 dövrəli variantda yenidən qurulur. Layihə üzrə qurulacaq 162 ədəd dayaqdan 124 ədədi artıq quraşdırılıb. Hava xəttinin 10 kilometr hissəsində naqillər və 13 kilometr hissəsində optik kabel asılıb.

Ardını oxu...

Azərbaycan Dünya İqtisadi Forumunun (DİF) “Qlobal rəqabətqabiliyyətlilik indeksində” 141 ölkə arasında 58-ci yeri tutur. Bu indeks 12 “dayaq qrupu”nun birləşdiyi 103 iqtisadi və sosial göstəricini ehtiva edir. Nəticədə, Azərbaycan 100 mümkün baldan 62,7 bal toplayıb. Həmin indeks üzrə 61,3 bal toplayan Ermənistan siyahıda 69-cu, habelə 60,6 bal toplayan Gürcüstan 74-cü yerdədirlər. Göründüyü kimi, ölkəmiz bu göstərici üzrə də Cənubi Qafqazda liderdir.

Ardını oxu...

İqtisadi inkişafın təmin olunmasında nəqliyyat sahəsi mühüm rol oynayır. Muxtar respublikada bu sahənin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət müasir nəqliyyat sisteminin yaradılmasını təmin etməklə yanaşı, ümumi inkişafı da sürətləndirmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikamızın bölgələrində, o cümlədən Culfa rayonunda quruculuq tədbirləri intensiv şəkildə həyata keçirilir. Bu çərçivədə  rayonun dəmiryol təşkilatlarını birləşdirən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Culfa Yük və Sərnişin Daşımaları İdarəsində də xeyli abadlıq və quruculuq işləri yerinə yetirilib. Hazırda Yük və Sərnişindaşıma İdarəsində yeni vaqon təmir sexi inşa olunur. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin nasazlıqlar yaranan vaqonları artıq başqa ­ölkələrə göndərilməyib bu binada təmir olunacaq.

Ardını oxu...

Pərakəndəçilik sektorunu əbəs yerə biznesin aynası adlandırmırlar. Çünki bu sektor istehsalçı ilə istehlakçını görüşdürən, tələb və ehtiyacları tənzimləyən, keyfiyyətli məhsulu tanıdan, brendə çevirən, keyfiyyətsiz məhsulu isə bazardan çıxaran böyük bir sektordur. 

Bu gün dünyada istehsal olunan məhsulların keyfiyyətindən tutmuş rəqabət bazarının formalaşmasınadək, reklam bazarının inkişafından yerli məhsulların brendləşməsinə qədər müxtəlif prosesləri pərakəndəçilik sektoru tənzimləyir və nəzarətdə saxlayır. Digər tərəfdən, pərakəndəçilik sektoru həm də istehsalçılara birbaşa məhsulu necə istehsal etməyi diktə edən bir sahədir. Məhz bu sahənin ortaya qoyduğu nəticələrlə sahibkarlar bazarın tələbini anlayır, hansı məhsulu nə zaman və necə satışa təqdim etməyi planlaşdırırlar. Bir sözlə, həyatımızda baş verən yenilikləri, ilk olaraq bizə bu sektor çatdırır. Buna görə də pərakəndəçilik bütün dünyada bazar iqtisadiyyatının özəyi olaraq qəbul edilir.

Ardını oxu...

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR