21 Noyabr 2019, Cümə axşamı

Ötən şənbə havanın buludlu, yağışlı olmasına baxmayaraq, səhərin erkən saatlarından Naxçıvanqalaya aparan bütün yollarda insan izdihamı müşahidə olunurdu. Adıçəkilən ünvana bir-iki kilometr qala qəlboxşayan gözəl xalq mahnılarının sədaları insanı, sanki ovsunlayır, “dayanma, bu ünvana tələs”, – deyirdi.

Ardını oxu...

Son dövrlər muxtar respublikada əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası, rəqabətədavamlı və ixracyönümlü yeni məhsullar istehsal edən müəssisələrin fəaliyyətə başlaması və digər mühüm tədbirlər ümumi inkişafı daha da sürətləndirmişdir.
Əldə olunmuş uğurları xarakterizə edən mühüm göstərici kimi 2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikada 2 milyard 61 milyon 770 min 900 manatlıq ümumi daxili məhsul istehsal edilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəricidən 3,2 dəfə çoxdur.

Yanvar-sentyabr ayları üzrə ümumi daxili məhsul, milyon manat

2019-cu ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsulun 56,4 faizi və ya 1 milyard 162 milyon 516 min 200 manatı məhsul istehsalından, 41,7 faizi və ya 860 milyon 577 min 500 manatı xidmətlərin istehsalından, 1,9 faizi və ya 38 milyon 677 min 200 manatı isə məhsula və idxala xalis vergilərdən yaranmışdır. 2009-cu ilin müvafiq dövründə ümumi daxili məhsulun 50,4 faizi məhsul istehsalından, 44,6 faizi xidmətlərin istehsalından, 5 faizi isə məhsula və idxala xalis vergilərdən yaranmışdır. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalının artımı sənaye, kənd təsərrüfatı və tikinti sahələrində həyata keçirilən effektiv tədbirlər nəticəsində əldə edilmişdir.

Ardını oxu...

Onlar qalib olmaqda iddialıdırlar

Naxçıvan Muxtar Respublikasının ərazisi və torpaq-iqlim şəraiti burada kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişlidir. Bu səbəbdəndir ki, muxtar respublikamızda əməkqabiliyyətli əhalinin böyük bir hissəsi məhz aqrar sektora məxsus ərazilərdə, yəni kəndlərdə məskunlaşıb. Deməli, kənd sakinləri, torpaq mülkiyyətçiləri elə yaşadıqları yerdə öz məşğulluqlarını təmin edə bilirlər. Bu isə ailə təsərrüfatçılığının inkişafına, eləcə də daxili bazarın yerli məhsullarla təmin edilməsinə öz töhfəsini verir. Buna görə də son illər Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının yaradılmasına və inkişafına diqqət artırılıb. 

Ardını oxu...

Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs qurumlardan sayılıb. Çünki əsrlərdən gələn ənənələrə görə, ailədaxili münasibətlərdə fərdlərin bir-birinə münasibəti qarşılıqlı inam və güclü əlaqələrlə müşahidə olunur. Bu baxımdan ailə üzvlərinin hər hansı bir sahədə kollektiv əməyinin formalaşması da bu inama söykənir. Buna görədir ki, ailənin birgə əməyinə əsaslanan ailə təsərrüfatı birlikləri dünyada ən qədim və ən çox yayılan biznes forması hesab edilir. Bu gün inkişaf etmiş ölkələrdə təsərrüfatların 70, 80, bəzən isə 90 faizini ailə biznesi şirkətləri təşkil edir. Və büdcə daxil­olmalarında bu şirkətlərin payı yetərincədir. Uzun illərin dünya təcrübəsi də göstərir ki, ilk növbədə, ailə təsərrüfatı kimi fəaliyyətə başlayan, sonra isə ailə biznesinə çevrilən şirkətlər dayanıqlılıq baxımından yüksək rentabelliyə malikdir. Təsadüfi deyil ki, bu gün dünya iqtisadiyyatına təsir edən “Ford”, “Siemens”, “Adidas”, “Samsung Electronics” kimi şirkətlərin meydana gəlməsində də ailə bizneslərinin rolu böyük olub. Buna görə də bu biznesin ilkin əsasını təşkil edən ailə təsərrüfatı institutu inkişaf etmiş və etməkdə olan ölkələrdə ciddi şəkildə dəstəklənir.

Ardını oxu...

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir. Ötən dövrdə muxtar respublikada daxili imkanlardan istifadə olunmaqla iqtisadi inkişaf təmin edilmiş, yeni istehsal müəssisələri fəaliyyətə başlamışdır. Xüsusilə aqrar sahəyə göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində kənd təsərrüfatı məhsullarının istehsal həcmi artmış, daxili bazarın keyfiyyətli məhsullarla təminatı diqqət mərkəzində saxlanılmışdır. Son dövrlərdə kənd təsərrüfatı məhsulları istehsalında daha çox diqqəti cəlb edən birgə fəaliyyət formalarından biri də ailə təsərrüfatlarıdır. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi isə belə təsərrüfat sahələrinə lazımi dövlət qayğısının göstərilməsi ilə yanaşı, onların fəaliyyətlərinin stimullaşdırılmasına da yeni imkanlar açmışdır. Xüsusilə ailə təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışı və ixracı hazırda diqqət mərkəzində olan əsas məsələlərdəndir. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu məsələ ilə bağlı aid dövlət qurumları qarşısında mühüm tapşırıqlar qoymuşdur.
Bəs bu istiqamətdə hazırda hansı işlər görülür? Məsələyə aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Xudakərim Məmmədov və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edən Əli Şərifova müraciət etdik.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR