28 Yanvar 2020, Çərşənbə axşamı

Dekabrın 19-da Naxçıvan Biznes Mərkəzində “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektorun rolunun artırılması” mövzusunda regional seminar keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti bahalaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar artaraq 66,20 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 60,94 dollar təşkil edib.


Vergi siyasəti cəmiyyətin ayrı-ayrı sosial qruplarının və dövlətin maliyyə vəsaitlərinə olan ehtiyacının ödənilməsi, maliyyə ehtiyatlarının yenidən bölüşdürülməsi hesabına ölkə iqtisadiyyatının inkişafının təmin edilməsi məqsədilə ölkənin vergi sisteminin formalaşdırılması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərin məcmusudur. Muxtar respublikamızda da iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə dövlətin həyata keçirdiyi iqtisadi, maliyyə və hüquqi tədbirlər içərisində vergi siyasəti mühüm yer tutur. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin olunması məqsədilə qarşıda duran vəzifələr noyabr ayında da həyata keçirilmişdir. Belə ki, ötən ay muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən 142 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun da 112-si əhali, 30-u qeyri-əhali abonentlərdir.

Noyabr ayında qaz təchizatı sistemində mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görülmüş, təbii qazın şaxtalı hava şəraitində nəqli ilə əlaqədar hazırlıq işləri vaxtında başa çatdırılmış, qazpaylayıcı stansiyalarda qazqızdırıcı qurğular işə salınmışdır. Həmçinin qaz təsərrüfatında istismar üçün yararsız xətlərin və avadanlıqların müəyyən edilərək yenilənməsi həyata keçirilmiş, təbii qazdan qanunsuz istifadə hallarına nəzarət gücləndirilmiş, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanması təmin edilmişdir.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar geriləyərək 65,85 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,35 dollar ucuzlaşaraq 60,59 dollar təşkil edib.

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR