25 May 2020, Bazar ertəsi

Muxtar respublikamızda kənd təsərrüfatının bütün sahələri kimi, üzümçülüyün də inkişafı diqqət mərkəzində saxlanılır, görülən tədbirlər nəticəsində hər il bağlardan tonlarla məhsul tədarük olunur. Müqayisə üçün bildirək ki, ötən il Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, 1400 hektardan çox sahədə üzüm bağı salınıb, 16 min 700 tondan çox məhsul götürülüb.

Ardını oxu...

Əlavə dəyər vergisinin (ƏDV) müəyyən hissəsinin qaytarılma mexanizmi müəyyən olunub.

Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Elçin Məmmədovun şərhini təqdim edirik.

Ardını oxu...


Müasir mərhələdə ölkədə pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri iqtisadi artımın və inkişafın başlıca şərti olan makroiqtisadi sabitliyin qorunmasına, bank sektorunda stabilliyin təmin olunmasına və maliyyə vasitəçiliyinin dərinləşməsinə yönəldilib. Bu məqsədlə ölkədə nağdsız ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.

Ardını oxu...

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muxtar respublikaya bu il tələbata uyğun olaraq 5 ədəd südsağan qurğu gətirilib. Texnikalar 1200 manata lizinq, nağd və köçürmə yolu ilə sahibkarlara təklif edilir. Alınan texnikalar dünyanın qabaqcıl ölkələrin istehsalıdır.

Kiçik ailə təsərrüfatları üçün nəzərdə tutulan avadanlıqlardan bir neçəsi nağd ödəmə yolu ilə satılıb. O cümlədən bu texnikalar Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb edilən nümunəvi təsərrüfat sahiblərinə də ödənişsiz olaraq verilir.

Ardını oxu...

“Aİ-95” markalı yanacağın qiyməti bu gündən 10 qəpik ucuzlaşaraq, 1 manat 10 qəpik olub. Dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda yerli istehsal olan “Aİ-92” markalı benzinin qiyməti dəyişmir. 

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, ucuzlaşmaya səbəb “Aİ-95” markalı benzinin idxal edilməsidir:

“Azərbaycanda istifadə edilən “Aİ-95” xaricdən idxal olunur və bazar qiymətlərinə alınır. Bazar qiymətləri dəyişəndə, ölkədə də həmin benzinin qiyməti dəyişir”. 

Ardını oxu...

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR