25 May 2020, Bazar ertəsi

Bu ilin yanvar-mart aylarında Azərbaycana 15 492 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 94,1% çoxdur.

 Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkəyə 14 417 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 98,8% artıb.

Ardını oxu...

Qloballaşan cəmiyyətdə müasir insan həyatını bu gün texnologiyalarsız təsəvvür etmək çox çətindir. Naxçıvan Muxtar Respublikasında müasir texnologiyalardan geniş istifadə insanların informasiya tələbatlarının ödənilməsində, iqtisadiyyat, elm, təhsil, səhiyyə və digər sahələrin inkişafında mühüm əhəmiyyət daşıyır.Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada əhaliyə keyfiyyətli rabitə və internet xidmətlərinin göstərilməsi diqqət mərkəzində saxlanılmış, mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində ay ərzində abonentlərə yeni telefon xəttlərinin, habelə “Evədək optika” layihəsi çərçivəsində mənzillərə fiber optik kabel xəttlərinin və GPON avadanlığının quraşdırılması davam etdirilmişdir. Bunlarla yanaşı, yeni inşa olunan kənd xidmət mərkəzlərinə,təhsil müəssisələrinə və digər qurumlara fiber-optik xətlərin çəkilişi də həyata keçirilmişdir.

Ardını oxu...

Qlobal xam neft ehtiyatları hazırda təxminən 1 trilyon 530 milyard barrel qiymətləndirilir.

Dünyanın ən çox neft ehtiyatına malik 15 ölkəsi bunlardır - Venesuela (300,9 milyard barrel), Səudiyyə Ərəbistanı (266,5 milyard barrel), Kanada (169,7 milyard barrel), İran (158,4 milyard barrel), İraq (142,5 milyard barrel), Küveyt (101,5 milyard barrel), Birləşmiş Ərəb Əmirlikləri (97,8 milyard barrel), Rusiya (80 milyard barrel), Liviya (48,4 milyard barrel), Nigeriya (37,1 milyard barrel), ABŞ (36,5 milyard barrel), Qazaxıstan (30 milyard barrel), Çin (25,6 milyard barrel), Qətər (25,2 milyard barrel) və Braziliya (12,7 milyard barrel).

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,44 dollar artaraq 32,18 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar bahalaşaraq 22,61 dollar təşkil edib.

 Hər dəfə şimşək çaxıb yaz yağışı yağandan sonra dağlarda, tarlalarda bitən bitkiləri görəndə öz-özümə fikirləşirəm: “Ana təbiət bu yurddan heç bir varını əsirgəməyib. Uca Yaradan bu diyarın insanlarına ruzisini özündən əvvəl verib. Bu yurda elə səxavətlə min bir naz-nemət bəxş edib ki, bunların qədrini bilib, yığıb istifadə etməklə yanaşı həm də artıb-çoxalması qayğısına qalsaq, sağlamlığımızın qeydinə qalıb süfrələrimizdən əskik etməsək, bar-bərəkətimiz də tükənməz, xəstəlik nə olduğunu da bilmərik. Lap qədim zamanlardan yurdumuzun saf torpaqlarında bitən bu bitkilər müalicə vasitəsi kimi də istifadə olunub, o pencərlərdən cürbəcür yeməklər hazırlamışıq. Dağlarımızdan, tarlalarımızdan toplanan müxtəlif növ bitkilər kənd adamının qazanc  mənbəyinə, süfrələrimizin isə bəzəyinə  çevrilib. Dadı ilə seçilən bitkilərin tərkibi vitamin və minerallarla zəngin olduğu üçün onlardan  hazırlanan yeməklər insan sağlamlığına çox xeyirlidi.

Ardını oxu...

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR