25 May 2020, Bazar ertəsi

Muxtar respublikanın Culfa rayonunda tikintisinə 2019-cu ildə başlanan Darıdağ arsenli su müalicə və istirahət kompleksində quruculuq işləri davam etdirilir.

Hazırda kompleksin birinci və ikinci mərtəbələrində hörgü və suvaq işləri yekunlaşdırılıb. Həmçinin kommunikasiya xətlərinin çəkilməsi başa çatdırılıb, dam örtüyü vurulur.

Dörd mərtəbədən ibarət olan əsas korpusda otel və xidmət sahələri olacaq, qadın və kişilər üçün ayrı-ayrı müalicə hovuzları istifadəyə veriləcək, turistlərin istirahəti üçün lazımi şərait yaradılacaq. 

Ardını oxu...

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin fasiləsiz və təhlükəsiz təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən cari ildə daxil olan müraciətlərə əsasən cəmi 276mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 238-i əhali abonentlər və 38-iqeyri-əhali abonentlərdir. 

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti Naxçıvan-Sədərək yüksək təzyiqli magistral qaz kəmərində qış mövsümündə təzyiqin artırılması məqsədilə Naxçıvan şəhər Qaz Paylayıcı Stansiyasında yeni Qaz Kompressor Stansiyasının qurulması üçün texniki-iqtisadi göstəricilərin hazırlanması istiqamətində işləri davam etdirir. 

Ardını oxu...

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti dəyişməyərək 25,31 dollar olub. Buna səbəb “Good Friday”lə bağlı birjaların işləməməsidir.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların aprelin 13-nə olan məzənnəsini açıqlayıb.

13.04.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi məqsədilə onlayn müraciətin tərtib olunması qaydası açıqlanıb.

Ardını oxu...

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR