21 Noyabr 2019, Cümə axşamı
Çin həm avtomobil, həm də dəmir yolu üçün nəzərdə tutulan dünyanın ən uzun boğazdan keçən körpüsünün inşasını başa çatdırıb.

Çərşənbə günü səhər saatlarında inşaatçılar bu irimiqyaslı qurğunun konstruksiyasına 473 ton ağırlığında olan son tiri quraşdırıblar.

Qeyd edək ki, Fuçjou şəhərini (Futszyan vilayəti) ilə adadakı Pintan mahalını birləşdirən ikiyaruslu körpünün ümumi uzunluğu 16,3 km təşkil edir. Üst yarusda nəqliyyat vasitələrinin 100 km/saata qədər sürətlə hərəkət etməsi üçün nəzərdə tutulmuş altızolaqlı yol olacaq. Aşağı yarus isə dəmir yolu nəqliyyatı üçün nəzərdə tutulub, orada icazə verilən sürət həddi 200 km/saat olacaq.

Körpünün inşasına 2013-cü ilin noyabrında başlanılıb və ümumi sərmayə isə 10,9 milyard yuan (təxminən 1,5 milyard dollar) civarında qiymətləndirilir. Körpünün istismara verilməsi 2020-ci ilin birinci yarısına planlaşdırılıb.

  Aynurə Yusifova

 
2019-ci il yanvarın 1-i tarixinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsdiq edilmiş neft ehtiyatlarının həcmi 1,3% artaraq 71,055 mln. ton təşkil edib.

Bu barədə SOCAR-ın 2018-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ında qeyd edilib.

Şirkətin təsdiq edilmiş qaz ehtiyatlarının həcmi isə 45,692 mlrd. kubmetr olub.

  Aynurə Yusifova

Muxtar respublikada 2019-cu ilin yanvar-avqust aylarında 1 milyard 803 milyon 670 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3945 manat olmuşdur.

Ardını oxu...

Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Çünki yeni istehsal müəssisələri yerli məhsul istehsalını stimullaşdırmaqla bərabər, daxili bazarın idxal məhsullardan qorunması, məşğulluğun təmin olunması kimi məsələlərə də öz müsbət təsirini göstərir. Bu mənada, yeni yaranan müəssisələrə dövlət tərəfindən hərtərəfli dəstək verilir, onların fəaliyyətlərinin təmin olunması üçün lazımi şərait yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Azelektrod” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni yaradılmış boya istehsalı sahəsidir.

Ardını oxu...

2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması diyarımızda müxtəlif təsərrüfat sahələrində çalışanlar üçün yeni imkanlar açıb. Bu gün Şahbuz rayonunda da müxtəlif sahələr üzrə ailə təsərrüfatları fəaliyyət göstərir. Təsərrüfat sahiblərinə növbəti qayğının nümunəsi olaraq rayon mərkəzindəki Heydər Əliyev prospektində ailə təsərrüfatı məhsullarının sərgi-satışı təşkil olunub.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR