22 Sentyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

    Muxtar respublikamızda sa­hibkarlığın inkişafında dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, sahibkarların işgüzar əlaqələrinin inkişafı, müxtəlif növ xidmətlərin və maliyyə dəstəyinin göstərilməsi kimi kompleks islahatların aparılması mühüm rol oynayır. Bu məqsədlə yaradılmış Sahibkarlığa Kömək Fondunun fəaliyyəti diqqətçəkicidir. Bu qurum cari ilin ötən dövrü ərzində də üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışmışdır. Bəhs olunan dövrdə fond tərəfindən 55 layihənin maliyyələşdirilməsinə 12 milyon 259 min manat həcmində güzəştli kredit verilmişdir. Həmin vəsaitdən təsərrüfatyönümlü 43 layihənin maliyyələşdirilməsinə 3 milyon 734 min manat, sənayeyönümlü 10 layihənin maliyyələşdirilməsinə 7 milyon 925 min manat, xidmət sahəsinin inkişafı yönümlü 2 layihənin maliyyələşdirilməsinə 600 min manat yönəldilmişdir. Göründüyü kimi, ümumi layihələrin 78,2 faizini kənd təsərrüfatı yönümlü layihələr təşkil edir.

    Bütün bunlar isə dövlət maliyyə dəstəyi ilə kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə şərait yaratmışdır.

    Bəhs olunan dövrdə kənd təsərrüfatı sahəsində bağçılıq üzrə 30 layihənin maliyyələşdirilməsinə 534 min, quşçuluq üzrə 10 layihənin maliyyələşdirilməsinə 1 milyon 730 min, istixana kompleksinin yaradılması məqsədilə 3 layihənin maliyyələşdirilməsinə 1 milyon 420 min manat vəsait verilmişdir. 
Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi əhalinin məşğulluq səviyyəsini də artırır. Belə ki, Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına bu ilin 11 ayı ərzində yaradılmış 24 istehsal və xidmət sahəsi üzrə 502 yeni iş yeri açılmış, yaradılması davam etdirilən 26 istehsal və xidmət sahəsi üzrə isə 912 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
     Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə sahibkarlıq subyektlərində mütəmadi olaraq monitorinqlər keçirilir, kreditlərin ödəmə müddətləri və iqtisadi səmərəliliyi araşdırılır, sahibkarlıq subyektləri ilə kreditlərin vaxtında geri qaytarılması istiqamətində maarifləndirmə və qanunvericiliyin tələblərinin izahı işləri aparılır.
     Həyata keçirilən tədbirlər yerli istehsal məhsullarının həcminin genişləndirilməsinə, çeşidinin artırılmasına, həmçinin ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalına imkan verir. Bunun nəticəsidir ki, muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrində 114 növdə, 333 çeşiddə ərzaq, 204 növdə, 499 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 318 növdə, 832 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan 105 növdə ərzaq, 199 növdə qeyri-ərzaq olmaqla, 304 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
     Əldə olunmuş nailiyyətlər muxtar respublikada sahibkarlıq üçün əlverişli şərait yarandığını, iqtisadiyyatın bu sektorunda çalışanlara dövlət tərəfindən hər cür qayğı göstərildiyini əyani nümayiş etdirir. Bu səbəbdən də sahibkarlıq getdikcə daha böyük sürətlə inkişaf etməklə ümumi iqtisadiyyatda öz çəkisini artırmaqdadır. Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payının 86 faizi ötməsi bunun bariz ifadəsidir.

Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3049967
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1159
4569
27199
101298
3049967

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter