14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

    Müasir dövrdə enerji problemləri ən vacib məsələlərdən biri sayılır. Hazırda enerji daşıyıcılarının ən qiymətlisi və ekoloji cəhətdən ən təmizi sayılan təbii qaz fasiləsiz olaraq mənzillərimizin istilik və məişət tələbatları üçün, habelə sənayedə müxtəlif  məqsədlərlə istifadə olunmaqdadır. Muxtar respublikamızda əhalinin təbii qazla təmin olunmasında əldə edilmiş yüksək səviyyə ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının ən ucqarda yaşayan vətəndaşlarımızın da sərvəti olduğunun bir göstəricisidir. 

   Naxçıvan əhalisi təbii qazın qiymətini, onun rahatlığını yaxşı bilir. Əvvəllər, sovet dövründə muxtar respublikaya ölkəmizin paytaxtından gələn təbii qaz verilişi təmin olunsa da, blokadanın məlum çətinlikləri, ilk olaraq, təbii qazın kəsilməsi ilə görünməyə başladı. O dövr artıq arxada qalıb. Bu gün bütün sahələrdə olduğu kimi, enerji təminatında da yaradılmış şərait bu qiymətli sərvətə diqqətlə yanaşmağı, tələbatın çoxaldığı fəsillərdə düzgün planlaşdırılmış iş rejimində fəaliyyət göstərməyi tələb edir. 

     Artıq qış fəslinin bir addımlığındayıq. Payız-qış mövsümünə hazırlıqla əlaqədar bu il avqust ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə aidiyyəti dövlət qurumları ilə yanaşı, “Naxçıvanqaz” İstehsalat Birliyi qarşısında da mühüm vəzifələr qoyulmuşdur. Muxtar respublikada bu vacib sahədə görülən işlər və qarşıda duran məsələlər barədə məlumat almaq üçün “Naxçıvanqaz” İstehsalat Birliyinə müraciət etdik.
     Birlikdən bizə bildirdilər ki, Naxçıvan Muxtar Respublikasında hazırda 81 min 176 abonent qazla təmin olunur. Muxtar respublikada əhali və digər təbii qaz istehlakçılarının istifadəsində 215 min 654 ədəd qaz cihazı vardır. Ümumiyyətlə isə birlik qaz təsərrüfatında ümumi uzunluğu 7 min kilometrdən çox olan müxtəlif diametrli, müxtəlif təzyiqli, yeraltı və yerüstü kəmərlərin istismarına nəzarət edir. Qaz təminatını daim nəzarətdə saxlamaqla ola biləcək problemlərin operativ şəkildə həll olunması üçün lazımi tədbirlər görülməkdədir. Belə ki, yaşayış məntəqələrinə təbii qaz verilişini yaxşılaşdırmaq məqsədilə əlavə qaz təzyiqtənzimləyiciləri alınmış, onların tələb olunan yerlərdə quraşdırılması təmin edilmişdir. İstismarda olan qaz sayğaclarına mütəmadi baxışlar keçirilmiş, istismara yararsız 1789 ədəd qaz sayğacı yenisi ilə əvəz olunmuş, müxtəlif diametrli dəmir və polietilen borular alınaraq ehtiyat fondu yaradılmışdır. Qaz təsərrüfatında çalışan işçilər xüsusi geyim, alət və mühafizə əşyaları ilə təchiz olunmuş, xüsusi texnoloji rejim hazırlanmışdır. Bu texnoloji rejim sayəsində muxtar respublikada müxtəlif istiqamətlərə qazın ötürülməsini təmin edən magistral xətlərdə qazın təzyiqini yüksək dəqiqliklə tənzimləmək mümkündür. Texnoloji rejimin tələblərinə əsasən, istismarda olan bütün qazpaylayıcı stansiyalar, qaztənzimləyici və qaznizamlayıcı avadanlıqlar qış rejiminə keçirilmişdir.
     Bu il “Naxçıvanqaz” İstehsalat Birliyində təbii qazın nəqlinə uzaqdan nəzarət sistemi yaradılmış, əlavə olaraq xaricdə istehsal olunmuş 55 ədəd qaz detektoru və 8 ədəd qaz analizatoru alınıb gətirilmişdir. Bunların vasitəsilə qaz xətlərinə mütəmadi olaraq nəzarət həyata keçirilir, aşkar olunan qaz sızmaları operativ olaraq aradan qaldırılır.
     “Naxçıvanqaz” İstehsalat Birliyi qaz təsərrüfatında təhlükəsizliyin təmin olunmasına, qaz istifadəsi zamanı bədbəxt hadisələrin baş verməməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə təbii fəlakətlər, xüsusən sel və daşqın zamanı qaz borularının zədələnməməsi üçün onların yerinin dəyişdirilib daha təhlükəsiz yerlərə keçirilməsi davam etdirilir. Bundan əlavə, muxtar respublikanın bəzi yerlərində qaz sayğaclarına kənar şəxslərin icazəsiz müdaxiləsinin qarşısının alınmasına və qaz xətlərinin müxtəlif təsirlərdən zədələnməsinə qarşı nəzarət də gücləndirilmiş, edilən müdaxilələrə görə ciddi cərimələr tətbiq olunmaqdadır.
“Naxçıvanqaz” İstehsalat Birliyi verilən tapşırıqları yerinə yetirərək bu qış mövsümündə də əhalinin etibarlı təbii qaz təminatının həyata keçirilməsinə çalışır.

 Əli CABBAROV 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3271255
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
876
4121
9024
55901
3271255

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter