18 Sentyabr 2020, Cümə

Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2020-ci ilin iyul ayında da uğurla davam etdirilib, mövcud avtomat telefon stansiyalarının nömrə tutumlarının artırılması nəticəsində 181 sakinə yeni sabit şəbəkə telefon xətti çəkilib. Bununla yanaşı, istismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nazaslıqların aradan qaldırılması istiqamətində də operativ və zəruri tədbirlər həyata keçirilib.

Muxtar respublikada internet istifadəçilərinin keyfiyyətli internetlə təmin edilməsi diqqət mərkəzində saxlanılıb, ay ərzində 597 abonent genişzolaqlı ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyası vasitəsilə internetlə təmin olunub. Həmçinin internet xidmətlərinin keyfiyyətinin artırılması, habelə yeni internet saytlarının hazırlanması istiqamətində müvafiq təhlillər aparılıb, müraciətlərə uyğun olaraq əhaliyə və dövlət qurumlarına texniki dəstək və metodik köməkliklər göstərilib, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində zəruri texniki tədbirlər görülüb.
Qeyd olunlarla yanaşı, “Evədək optika” layihəsi çərçivəsində 6 fərdi mənzilə fiber-optik kabel xətti də çəkilib, zəruri texniki avadanlıq quraşdırılıb.
Hesabat dövründə nazirlik tərəfindən kadr hazırlığı da diqqət mərkəzində saxlanılıb, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil edilən kurslara, ümumilikdə, 39 qrup olmaqla, 284 dinləyici cəlb olunub.
Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcək, əhaliyə keyfiyyətli rabitə və internet xidmətləri göstəriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR