25 Oktyabr 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrində yoxlama və monitorinqlər avqust ayında da davam etdirilib, 28 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

Operativ vergi nəzarəti tədbirləri zamanı 27 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 1 şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığortahaqqının ödənilməsi haqqında qəbz” almadan fəaliyyət göstərməsi aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergiödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb.
Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 7 işəgötürəndə aparılmış araşdırmalar zamanı 18 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR