04 Mart 2021, Cümə axşamı
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib

Martın 1-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı…

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirir

  Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti…

Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib

Fevralın 27-də Naxçıvan Biznes Mərkəzində…

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının  xatirəsi yad edilib

Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  İran nümayəndə heyəti ilə görüşüb

Fevralın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov…

Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Turizm sahəsi həm regionların…

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin  yeni tədris korpusu istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Hər bir azərbaycanlı öz ana dilini…

Naxçıvanda Vətən müharibəsi şəhidləri  böyük ehtiramla qarşılanıb

Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi…

Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.


İCTİMAİ-SİYASİ



“Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları da buna öz töhfələrini verir

Şərur rayonundakı “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları haqqında yazı hazırlayarkən qeyri-ixtiyari olaraq neçə illər əvvəl yaşadığımız qaranlıq gecələrimizi xatırladım. Və əslində, o günlər heç unudulası da deyil. Çünki normal həyat tərzinin təmin edilməsində elektrik enerjisinin oynadığı rolu bu gün hər kəs yaxşı bilir. Elə o illərdə yaranmış bir ifadə də yadıma düşür: Allah heç kimi işıqla imtahana çəkməsin.

Bu gün qürur duyuruq ki, o imtahandan çıxa bildik. Yurd yerinin sabahına, onun insanlarının taleyinə cavabdehlik hissi bu problemin həllində başlıca amil oldu. Daha dəqiq desək, nəinki həmin problem aradan qaldırıldı, həmçinin muxtar respublika enerji idxal olunan bir diyardan enerji ixrac edən bir məmləkətə çevrildi. Həyata keçirilən bu layihələr muxtar respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayaraq, ümumilikdə, ölkəmizin enerji təhlükəsizliyinə töhfə verir. Bu stansiyalar qədim diyarımızın iqtisadi inkişafının təmin edilməsində də müstəsna rol oynayır. Sovet hakimiyyəti illərində cəmi 1 su elektrik stansiyası olan muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində onların sayı xeyli artıb. Faktlara nəzər salaq. Əvvəlcədən mövcud olan 22 meqavat gücündə Araz Su Elektrik Stansiyası, 2006-cı ildə Naxçıvanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən və ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyasının işə salınması, turbinlərin qazla işləmə rejiminə keçirilməsi nəticəsində Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının gücünün artırılaraq 60 meqavata çatdırılması, sonradan müxtəlif dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə elektrik stansiyasının, Ordubadda 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyasının fəaliyyətə başlaması muxtar respublikada enerji təhlükəsizliyini tam təmin edir. Belə tədbirlərin nəticəsidir ki, diyarımız artıq enerji ixrac edir. Bu stansiyalar içərisində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının da rolu var.

Şərur rayonunda tikintisinə 2011-ci ildə başlanmış 150 milyon kubmetr su tutumlu Arpaçay Su Anbarının suyundan istifadə etməklə 20,5 meqavat güclü derivasiyatipli “Arpaçay-1” Su Elektrik Stansiyasının tikintisi dövründə 1100 metr uzunluqlu 3,9 metr diametri olan tunel qazılıb, betonlaşdırılıb, suqəbuledici qurğuda qapılar qoyulub, stansiya üçün bina tikilib, suötürmə kanalından turbinlərə suyu ötürmək üçün yüksək­təzyiqli metal borudan istifadə olunub. Stansiyada Avstriyanın “Andritz” firmasından alınmış iki ədəd 7,75 meqavat güclü və bir ədəd 5 meqavat güclü turbinlər, Fransanın “Leroy-Somer” firmasından alınmış müvafiq güclü generatorlar quraşdırılıb, burada istehsal olunan elektrik enerjisini elektrik şəbəkələrinə ötürmək üçün 30 meqavoltamper gücündə transformator yarımstansiyası tikilib, 10 kilometr uzunluqlu 110 kilovoltluq elektrik verilişi xətti çəkilib. İl ərzində 60 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulan stansiyada tikinti-quraşdırma, sınaq-sazlama işləri 2013-cü ilin sonlarında tamamilə başa çatdırılıb. Stansiya binasında müasir iş otaqları və idarəetmə mərkəzi, nəzarət-mühafizə sistemləri yaradılıb. Bu da stansiyanın iş rejimini daim nəzarətdə saxlamağa imkan verir. Binada 8 meqavat gücündə iki, 4,5 meqavat gücündə bir turbin quraşdırılıb. Bu energetika qurğusunda bütün emal prosesi avtomatlaşdırılıb. Stansiya 2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib. Stansiyanın açılışında dövlət başçısı deyib: “Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələ­lərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk. Son illərdə Naxçıvanda 5 elektrik stansiyası tikilmişdir. Demək olar ki, Naxçıvanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapmışdır. Son illərdə biz Vayxır, Biləv Su Elektrik stansiyalarının açılışlarını qeyd etmişik və bu gün Naxçıvanın enerji ilə təminatı su elektrik stansiyalarının xətti ilə icra edilir. Bu da Naxçıvanı dünya miqyasında çox nadir bir respublika kimi təqdim edir. Çünki dünyada çox nadir hallarda daxili tələbat bərpa olunan enerji növləri hesabına təmin edilir. Bu gün Naxçıvanın reallıqları belədir ki, su elektrik stansiyalarının fəaliyyəti sayəsində Naxçıvanın tam enerji təminatı həll edilib. Bu gün Naxçıvanın enerji potensialı 220 meqavata yaxındır və bu da imkan verir ki, eyni zamanda Naxçıvanın ixrac potensialı da artsın”.
O da vurğulanmalıdır ki, Naxçıvanda Günəş Elektrik Stansiyasının işə salınması ilə bu rəqəm 239,4-ə çatdırılıb.
Qeyd edək ki, 2017-ci il ərzində “Arpaçay-1” Su Elektrik Stansiyasında 49 milyon 183 min kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da muxtar respublika ərazisində mövcud su elektrik stansiyalarında istehsal olunan enerjinin 29 faizini təşkil edir.
Həmin gün “Arpaçay-2” Su Elektrik Stansiyası da istifadəyə verilib. Bu işlər ölkə Prezidenti cənab İlham Əliyevin 2014-cü il martın 14-də “Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında” imzaladığı Sərəncam əsasında aparılıb. Sərəncama əsasən “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılıb. Arpaçay Su Anbarının aşağı gölü üzərində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti ilə “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən gücü 1,4 meqavat olan “Arpaçay-2” Su Elektrik Stansiyası cəmi 1 il ərzində tikilib başa çatdırılıb. 2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə işə salınan stansiyada Avropa Birliyi ölkələrində istehsal olunmuş turbinlər, generatorlar, avtomatika, rele mühafizəsi və idarəetmə qurğuları qoyulmuş bu stansiya il ərzində 3,5 milyon kilovat-saata qədər elektrik enerjisi istehsal etmək gücünə malikdir. Stansiyanın anbarının ümumi su tutumu 3 milyon kubmetrdir. Əsasən, paylayıcı funksiyanı yerinə yetirən stansiya əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına və daha geniş ərazidə əkin sahələrinin suvarılmasına əl­verişli imkanlar yaradıb.
2017-ci il ərzində “Arpaçay-2” Su Elektrik Stansiyasında 2 min 468 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu da muxtar respublika ərazisində mövcud su elektrik stansiyalarında istehsal olunan enerjinin 1,43 faizini təşkil edir.
Onu da qeyd edək ki, hər iki stansiyanın su anbarlarından götürü­lən sudan min hektarlarla əkin sahələri suvarılır. Həmçinin bu obyektlərin istifadəyə verilməsi əhalinin məşğulluğunun təmin olunmasına da müsbət təsirini göstərib, 20 nəfər özünə daimi iş yeri tapıb.
Bəli, bu gün Naxçıvanın gecələri də gündüzləri kimi işıqlıdır. “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları da buna öz töhfələrini verir.

 Muxtar MƏMMƏDOV

  • 000.jpg
  • 00000.jpg.jpg
  • 000000000000.jpg.jpg
  • 1-2015.jpg
  • 1-20155.jpg
  • 01.jpg
  • 1.jpg
  • 2.jpg
  • 02.jpg
  • 3 li mekteb.jpg
  • 3-2015.jpg
  • 03.jpg
  • 3.jpg
  • 03_PREZIDENT-NAXCIVAN-SEFER-MUSIQI-MAKTABI-ACHILISH.jpg
  • 4-2015.jpg
  • 4.jpg
  • 5-2015.jpg
  • 5.jpg
  • 05.jpg
  • 6-2015.jpg

HƏFTƏLİK NÖMRƏLƏR

Prev Next

Azərbaycan və Türkiyə hərbçilərinin birg…

04-03-2021-15-20 İCTİMAİ-SİYASİ

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək

        Azərbaycan və Türkiyə hərbçiləri İspartada bir...

Ceyhun Bayramovun Baş katibə məktubu BMT…

04-03-2021-14-49 İCTİMAİ-SİYASİ

Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb

Xarici işlər naziri Ceyhun Bayramovun fevralın 22-də BMT-nin...

Türkiyə dünya bazarlarına müdafiə sənaye…

04-03-2021-11-25 İCTİMAİ-SİYASİ

Türkiyə dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracını artırıb

2021-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarl...

Rusiya aviaşirkətləri Azərbaycana müntəz…

04-03-2021-11-21 İCTİMAİ-SİYASİ

Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb

Rusiyanın bir neçə aviaşirkəti Azərbaycana müntəzəm aviare...

Uşaq bağçalarına yeni tədris vəsaitləri …

03-03-2021-20-44 -Elm və təhsil

Uşaq bağçalarına yeni tədris vəsaitləri verilib

Muxtar respublikamızda gələcəyimiz olan uşaqların məktəbə ...

Komandir hazırlığı məşğələləri keçirilib

03-03-2021-20-43 İCTİMAİ-SİYASİ

Komandir hazırlığı məşğələləri keçirilib

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə Uzla...

Kəngərli nəslinin qadın nümayəndələri X…

03-03-2021-20-41 -Mədəniyyət

Kəngərli nəslinin qadın nümayəndələri  Xan Sarayının ekspozisiyasında

Dünya mədəniyyəti xəzinəsinə incilər bəxş etmiş xalqımızın...

Aqrar sığortaya diqqət artırılır

03-03-2021-20-26 İQTİSADİYYAT

Aqrar sığortaya diqqət artırılır

Aqrar sahə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında m...

İxrac iqtisadiyyatın əsas hərəkətverici …

03-03-2021-20-25 İQTİSADİYYAT

İxrac iqtisadiyyatın əsas hərəkətverici  qüvvəsinə çevrilir

Məhsul bolluğu yaratmaq, bu sahədə idxalı azaltmaq, ixracı...

Məktəblilər arasında yoldaşlıq görüşü

03-03-2021-20-20 İDMAN

Məktəblilər arasında yoldaşlıq görüşü

Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında 5...

Üç növdə şəhər birinciliyi keçirilib

03-03-2021-20-11 İDMAN

Üç növdə şəhər birinciliyi keçirilib

Naxçıvan Muxtar Respublika Stadionunda 5 mart – Bədən Tərb...

“Nizami” filmi nümayiş edilib

03-03-2021-20-10 -Mədəniyyət

“Nizami” filmi nümayiş edilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşki...

Ailə turizmi: bu trendi necə formalaşdır…

03-03-2021-20-08 -Turizm

Ailə turizmi: bu trendi necə formalaşdırmalıyıq?

Təxminən, 1 il bundan əvvəl turizmlə bağlı yazılarımızın b...

Ucqar dağ kəndinin yeni mənzərəsi

03-03-2021-19-52 İCTİMAİ-SİYASİ

Ucqar dağ kəndinin yeni mənzərəsi

 Reportaj Ordubad şəhərindən yeddi kilometr şimal-şərqdə,...

Ceyhun Bayramov italiyalı həmkarı ilə te…

03-03-2021-16-37 İCTİMAİ-SİYASİ

Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb

Bu ilin 3 mart tarixində Azərbaycan Respublikasının Xarici...

Azərbaycanda 319 nəfər COVID-19-a yoluxu…

03-03-2021-15-16 İCTİMAİ-SİYASİ

Azərbaycanda 319 nəfər COVID-19-a yoluxub, 161 nəfər sağalıb, 5 nəfər vəfat edib CƏMİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyas...

Türkiyə-Azərbaycan-Gürcüstan üç tərəfli …

03-03-2021-15-14 İCTİMAİ-SİYASİ

Türkiyə-Azərbaycan-Gürcüstan üç tərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu

Türkiyə-Azərbaycan-Gürcüstan üç tərəfli iş birliyinə önəm ...

Bəzi ölkələrin parlamentarları öz qərəzl…

03-03-2021-15-10 İCTİMAİ-SİYASİ

Bəzi ölkələrin parlamentarları öz qərəzli mövqelərini sülhdən də üstün tutur - XİN

Hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə ...

Təhsil sa­hə­sin­də uğur­­lu fəa­liy­yət…

03-03-2021-14-40 -Elm və təhsil

 Azərbaycan qadınının bütün dövrlərdə gözəl örnəkləri olub. ...

Pakistan hərbi nümayəndə heyəti ölkəmizd…

03-03-2021-11-18 İCTİMAİ-SİYASİ

Pakistan hərbi nümayəndə heyəti ölkəmizdə səfərdədir

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri K...

Prev Next

Example of service to the Azerbaijan sta…

18-12-2020-18-12 News

Example of service to the Azerbaijan statehood

  In the early 1990s, Azerbaijan was going through difficult times in...

Armenian militants brought to Karabakh f…

25-09-2020-12-39 News

Armenian militants brought to Karabakh from Syria

A battalion of Armenian fighters from the YPG / PYD terrorist organi...

Azerbaijani and Turkish air forces hold …

16-09-2020-12-00 News

Azerbaijani and Turkish air forces hold joint flights over Nakhchivan  (2)

 On September 15,joint flights of Azerbaijani and Turkish Air Forces...

In Nakhchivan Knowledge Day celebrated w…

16-09-2020-11-40 News

In Nakhchivan Knowledge Day celebrated with the opening of a new school building

The rapid socio-economic development strategy defined by our nationa...

Meeting held in Nakhchivan with high-sco…

13-09-2020-15-05 News

Meeting held in Nakhchivan with high-scoring graduates

NAKHCHIVANTODAY.COM reports that on September 12, a meeting was held...

Certificates presented to teachers who p…

12-09-2020-15-11 News

Certificates presented to teachers who passed the certification exams successfully in Nakhchivan

Chess Center on 11th of September, Chairman of the Chess Federation ...

Determination and perseverance based on …

11-09-2020-12-00 News

Determination and perseverance based on wise ideas, unshakable political will, the value given to the human factor creates great confidence in a more prosperous future

The general picture of last month confirms this. The everlasting wi...

Meeting in the Supreme Assembly of the N…

06-09-2020-14-46 News

Meeting in the Supreme Assembly of the Nakhchivan Autonomous Republic

A delegation led by the  3rd Commander of the Army of the Republic o...

“Nakhichevan” decorated with “Genocide t…

06-02-2020-11-51 News

“Nakhichevan” decorated with “Genocide tales”, pomegranate, apricot, grapes fights, salvation army 416

(Previous in the 16th January dated newspaper) … Armenians’ claims ...

“Melted down” Nakhichevan in Don or wher…

06-02-2020-11-44 News

“Melted down” Nakhichevan in Don or where from starting of Armenians’ Nakhichevan “love”?

13 years ago, in December 2007, there were published news in Mass Me...

President Ilham Aliyev received Chairman…

20-11-2019-22-02 News

President Ilham Aliyev received Chairman of Supreme Assembly of Nakhchivan Autonomous Republic Vasif Talibov

President of the Republic of Azerbaijan Ilham Aliyev has received Ch...

This chess festival was unforgettable fo…

15-05-2019-19-34 News

This chess festival was unforgettable for me

Winner of International Chess Festival "Nakhchivan-2019" interview wit...

The International Chess Festival "N…

15-05-2019-19-27 News

The International Chess Festival "Nakhchivan-2019" has finished

The Nakhchivan-2019 International Chess Festival, dedicated to the 96t...

This festival has a special place in the…

09-05-2019-18-42 News

This festival has a special place in the calendar

The tense and stubborn struggle of the intellectuals participating in ...

The 8th round of the International Chess…

09-05-2019-18-33 News

The 8th round of the International Chess Festival was over

The 8th round of the International Chess Festival "Nakhchivan-2019" de...

Blitz Tournament

08-05-2019-08-01 News

Blitz Tournament

The Blitz Tournament was also held among the participants of the ongoi...

Chess players competed for the futsal ch…

07-05-2019-20-19 News

Chess players competed for the futsal championship

Chess players have a good break in the International Chess Festival. ...

Nakhchivan introduced himself as a chess…

04-05-2019-09-02 News

Nakhchivan introduced himself as a chess land in the world arena

As is known, the International Chess Festival "Nakhchivan-2019", dedic...

The first round of the festival has come…

02-05-2019-20-20 News

The first round of the festival has come to an end

The first round of the Nakhchivan-2019 International Chess Festival, d...

The International Chess Festival has sta…

02-05-2019-16-20 News

The International Chess Festival has started

By the symbolic move of the Minister of Youth and Sports of the Repu...

Prev Next

Проект "Север-Юг" сделал Азерб…

04-03-2020-21-55 Новости

Проект "Север-Юг" сделал Азербайджан ключевым экономическим партнером и для Европы, и для Азии

Международный транспортный коридор Север-Юг - это транспортная артер...

Президент Ильхам Алиев принял председате…

20-11-2019-22-05 Новости

Президент Ильхам Алиев принял председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики Васифа Талыбова

Президент Азербайджанской Республики Ильхам Алиев принял председател...

Этот шахматный фестиваль был незабываемы…

15-05-2019-19-33 Новости

Этот шахматный фестиваль был незабываемым для меня

Победитель Международного шахматного фестиваля "Нахчыван-2019" интервь...

Международный шахматный фестиваль "…

15-05-2019-19-29 Новости

Международный шахматный фестиваль "Нахчыван-2019" завершился

Завершился международный шахматный фестиваль «Нахчыван-2019», посвящен...

Вице-президент Международной шахматной ф…

14-05-2019-11-36 Новости

Вице-президент Международной шахматной федерации: шахматные школы в Нахчыване могут стать примером для всего мира

Международный шахматный фестиваль «Нахчыван - 2019» - турнир очень выс...

Президент Шахматной федерации Азербайджа…

14-05-2019-11-35 Новости

Президент Шахматной федерации Азербайджана: “Нахчыван - 2019” проявляет большой интерес к Международному шахматному фестивалю

Большой интерес вызывает традиционный Международный шахматный фестивал...

Этот фестиваль занимает особое место в к…

09-05-2019-18-49 Новости

Этот фестиваль занимает особое место в календаре

Продолжается напряженное и упорное соревнование интеллектуалов, участв...

8-й тур Международного шахматного фестив…

09-05-2019-18-16 Новости

8-й тур Международного шахматного фестиваля был завершен

В Шахматном центре в городе Нахчывань завершился восьмой тур Междунаро...

Фестиваль проходит на высоком уровне

08-05-2019-21-21 Новости

6-ой тур Международного шахматного фестивалья Нахчыван-2019, посвященн...

Блиц Турнир

08-05-2019-08-01 Новости

Блиц Турнир

Также проводился Блиц Турнир среди участников проходящего Международно...

Нахчыван представился шахматной ареной н…

04-05-2019-09-42 Новости

Нахчыван представился шахматной ареной на мировой арене

Международный шахматный фестиваль «Нахчыван-2019», посвященный 96-лети...

Первый тур фестиваля подошел к концу

02-05-2019-20-23 Новости

Первый тур фестиваля подошел к концу

Первый тур Международного шахматного фестиваля «Нахчыван-2019», посвящ...

Состоялась церемония открытия Международ…

02-05-2019-15-58 Новости

Состоялась церемония открытия Международного Шахматного Фестиваля "Нахчыван-2019"

1 мая в Нахчыванском Государственном Музыкально-раматическом театре со...

Стартовал международный шахматный фестив…

02-05-2019-14-39 Новости

Стартовал международный шахматный фестиваль

Международный шахматный фестиваль "Нахчыван-2019" начался с символич...

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR