Cari ilin iyul ayında mövcud potensialdan səmərəli istifadə edilməklə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuş, 28 istehsal sahəsinin yaradılması başa çatdırılmış, 277 iş yeri açılmışdır.
25 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 5 milyon 773 min manatdan artıq maliyyə dəstəyi göstərilmişdir. Dахili bаzаrın qоrunmаsı, аntiinflyаsiyа tədbirlərinin gücləndirilməsi məqsədilə istehsal müəssisələri, ticarət və xidmət obyektlərində qiymət və keyfiyyətə nəzarət diqqətdə saxlanılmış, 54 səyyar və 178 halda mal nümunəsi laboratoriya analizindən keçirilmiş, keyfiyyət göstəriciləri təhlil edilmişdir. Həmçinin kənd təsərrüfаtı və yerli istehsal məhsullаrının satışı yarmarkaları təşkil olunmuş, soyuducu anbarlara 3 min tonadək meyvə­-tərəvəz məhsulları, taxıl еmalı müəssisələrinə 4 min tondan artıq taxıl tədarük edilmişdir.

Naxçıvan Biznes Mərkəzi tərəfindən muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, sənətkarların fəaliyyətinin stimullaşdırılması və iş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, 17 adda əl işinin satışı həyata keçirilmiş, Cəlilkənd buzxanasında xalça­toxuma, misgərlik və rəssamlıq sahələri yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti