25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Müasir dövrdə muxtar respublika iqtisadiyyatında sənayenin, o cümlədən emal sənayesinin inkişafına mühüm diqqət yetirilir. Belə sənaye müəssisələri yüksək texnologiyanın tətbiqinə əsaslanmaqla məşğulluq məsələlərinin həllinə də mühüm töhfə verir. Bu baxımdan 2006-cı ildən fəaliyyət göstərən “Prestij Naxçıvan Pivəsi” Məhdud Məhsuliyyətli Cəmiyyətində 60-a yaxın iş yerinin yaradılması diqqəti cəlb edir. Keyfiyyət prinsiplərini ön planda tutaraq istehlakçı məmnuniyyətinə nail olmağı qarşıya məqsəd qoyan müəssisənin qısa müddətdə uğur qazanmasının səbəblərindən danışan sahibkar Seyfəddin Rəhimov onlara göstərilən dövlət qayğısının bu sahədə böyük rolu olduğunu vurğuladı. Belə ki, indiyə qədər müəssisəyə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun xətti ilə müxtəlif dövrlərdə, ümumilikdə, 1 milyon 835 min manat güzəştli kredit dəstəyi verilib. Göstərilən diqqət və qayğı isə bəhrəsiz qalmayıb. Təkcə ötən il müəssisədə 672 min manatdan artıq məhsul istehsal olunub. Cari ildə də məhsuldar fəaliyyəti davam etdirən müəssisədə ilk altı ayda 189,6 min dekalitrə yaxın həcmdə məhsul istehsalına nail olunub. İstehsal olunan məhsullara tələbat da vardır. Hazırda müəssisədə açıq və tünd olmaqla, 2 növdə və 5 çeşiddə istehsal olunan pivə muxtar respublikamızın bütün ticarət və iaşə məntəqələrinə satışa göndərilir. Xammalı Belçika, Çexiya, Slovakiya və Almaniyadan gətirilən Naxçıvan pivəsi Avropa mənşəli texnologiya vasitəsilə yerli mütəxəssislərin resepti əsasında hazırlanır ki, bu da alıcılar, xüsusən muxtar respublikamıza səyahət edən turistlər tərəfindən həvəslə alınır.

Pivə istehsalı ilə yanaşı, müəssisədə müalicəvi əhəmiyyətli “Darıdağ” mineral suyunun qablaşdırılması da həyata keçirilir ki, bu da Naxçıvanımızın mineral sərvətlərindən daha səmərəli istifadə olunmasına mühüm töhfə deməkdir. Belə ki, “Darıdağ” suyu həm təbii mineral süfrə suyu, həm də müalicəvi su kimi xüsusi əhəmiyyətə malikdir. Culfa rayonunun Gülüstan kəndində yerləşən mineral sular sexində “Darıdağ” təbii mineral müalicəvi süfrə suyunun qablaşdırılması işinin genişləndirilməsi də “Prestij Naxçıvan Pivəsi” MMC-nin uğurlarındandır. Cari ilin ilk altı ayında müəssisədə 4,9 min dekalitrə yaxın “Darıdağ” suyu qablaşdırılıb.
Müəssisənin biznesdə əldə etdiyi uğurlar, ümumilikdə, muxtar respublikamızın iqtisadiyyatına töhfədir. 2014-cü ildə biznesdə uğur mükafatı almış “Prestij Naxçıvan Pivəsi” MMC-nin fəaliyyətinə verilmiş ən böyük qiymət isə müəssisə sahibkarı Seyfəddin Rəhimovun Azərbaycan Respublikasının Prezidenti cənab ­İlham­ Əliyevin 2018-ci il 24 may tarixdə imzaladığı Sərəncamla ­“Tərəqqi” medalı ilə təltif olunmasıdır. Sahibkar yüksək dövlət mükafatına görə dövlətimizə bir daha minnətdarlıq edərək muxtar respublikamızın sosial-iqtisadi inkişafı naminə daha səylə çalışacaqlarına əminliyini bildirdi.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3065966
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4572
4327
8899
117297
3065966

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter