21 Sentyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Son illər muxtar respublikada arıçılığın inkişafına göstərilən hərtərəfli dövlət qayğısı sahibkarların bu sahəyə olan marağını daha da artırıb. Şərur rayonunun dağ kəndi Havuşda da arıçılıqla məşğul olanların sayı az deyil. 

Kənddə olarkən öyrəndik ki, burada 300 arı ailəsi vardır. Kənd sakini Əli Əliyev 70, Mehman Həsənov 30, Mərdan Hüseynov 36 arı ailə­sinə qulluq edirlər. Uzun illərdir, arıçılıqla məşğul olan Mehman Həsənov gənc yaşlarından bu işə başlayıb. Təcrübəli arıçı balın faydalarından da danışır: ­“Təsadüfi deyildir ki, dünya şöhrətli təbib İbn Sina vaxtilə deyib ki, əgər sağlam ömür sürmək və cavan qalmaq istəyirsənsə, onda mütləq bal yeməlisən. Əlbəttə, baldan istifadə kortəbii ­olmamalıdır. “Bal min bir dərdin dərmanıdır” deyimi heç də təsadüfi deyil. Güləm, arı südü, bərəmum (vərəmum, dərdəmum), mum, möhür (balın qaymağı), bal arısının ölüsü, arı zəhəri və sair müxtəlif xəstəliklərin təbii dərmanıdır”.
O deyir ki, mumundan, hətta zəhərindən dərman kimi istifadə etdiyimiz, bal hasilə gətirən arılar təbiətin ən zəhmətkeş həşəratlarıdır. Arı körpə uşaq kimidir. Daim qayğı və baxım tələb edir. Məhsuldarlıqda ən mühüm şərtlərdən biri də köçəri arıçılıqdır. Erkən yazda qışlamadan çıxan arı ailələrinin yeri mütəmadi olaraq dəyişdirilməlidir. Arandakı sahibkarlar arılarını muxtar respublikanın, əsasən, ucqar dağ kənd­lərinə köçürürlər. Buna görə də köçürmə üsulu ilə arı saxlamaqla insanlar ta qədimdən məşğul olublar. Aranda ən yaxşı vaxt ağacların çiçəkləmə dövrünə düşür. Arılar həm ağacların çiçəklərini tozlayır, bol məhsul üçün şərait yaradır, həm də kifayət qədər şirə toplayırlar. Onu da deyək ki, arılar vasitəsilə tozlanan ağaclarda məhsuldarlıq 20-40 faiz artır.

Müsahibim bildirir ki, müstəqillik qazandıqdan sonra muxtar respublikamızda arıçılığın da inkişafına diqqət xeyli artıb. Torpaq kəndlinin özünə verildikdən sorna əkin sahələrinin genişləndirilməsi bu sahənin inkişafına müsbət təsir göstərib. Arıların ən çox bal topladığı yonca, taxıl əkinləri artırılıb. Örüş və qoruq sahələrinin çoxalması da arıçılığın inkişafında böyük rol oynayır. Təcrübə göstərir ki, arılar bir hektar yonca sahəsindən 70-80 kiloqram şirə toplaya bilir.
Peşəkar arıçı arı ailəsi haqqında da maraqlı məlumatları bizimlə ­bölüşdü:
– Uzun illərdir ki, arıçılıqla məşğulam və hər dəfə də arıların müxtəlif sirlərinə yiyələnmişəm. Arılar mehriban, işgüzar, səmimi bir ailəni xatırladırlar. Arı ailəsindəki qanunları, nizam-intizamı illərlə müşahidə edən arıçı deyir ki, arı ailəsində hər arının öz “işi” var. Gözətçi arılar, yeşiklərin sağ və sol tərəfində həmişə keşik çəkir. İçəri keçmək istəyənləri “yoxlayırlar”. Məhsul gətirməyəni, yad olanı içəri buraxmırlar. İşçi arılar çiçəkli, güllü bir yer tapanda tez öz “yoldaşlarını” xəbərdar etmək üçün yeşiyin ətrafında 8-10 dəfə dövrə vurur və həmin sahəyə üz tuturlar. Başqa arılar bu hərəkəti işarə kimi qəbul edir, onun arxasınca gedirlər. Onlar 8 kilometr məsafəyə qədər uçur, şirə toplayıb geri qayıdırlar.
Erkək və ana arıların hər birinin yeşikdə öz funksiyaları var. Hər yeşikdə bir ana arı olur. Ana arı gün ərzində öz çəkisindən dəfələrlə çox yumurta qoyur. Erkək arıların əsas işi ana arının qoyduğu yumurtaların üstündə yatıb onlara istilik vermək, onu yetişdirməkdir.
Kənd sakini Həsən Həsənov deyir ki, arı halallığı və təmizliyi sevən canlıdır. Bu canlıdan müqəddəs kitabımız olan “Qurani-Kərim”də də bəhs olunur. Düşünürəm ki, arıçılıqla məşğul olmaq həm də insanı cavan saxlayır. Elə gün olur ki, səhərdən axşamadək arılara baxmaqla məşğul oluram, amma yorulmaq nə olduğunu bilmirəm. Yəqin, siz də təsdiq edərsiniz ki, ən dadlı bal Naxçıvan balıdır. Azərbaycanın başqa bölgələrində olmuşam. Naxçıvan balının dadını heç yerdə görməmişəm. Bu isə yurdumuzun əlverişli iqlim şəraiti, gözəl təbiəti ilə bağlıdır. Bunun digər bir səbəbi də odur ki, əgər başqa yerlərdə balı mövsüm ərzində bir neçə dəfə süzürlərsə, Naxçıvanda bal süzümü yalnız ildə bir dəfə olur. Az, amma keyfiyyətli. Buna görə də Naxçıvanda istehsal edilən bal tərkibinin zənginliyinə, qidalılığına, müalicəvi əhəmiyyətinə görə digər ­bölgələrin məhsullarından daha keyfiyyətlidir.
Qeyd edək ki, arıçılığın inkişafı, arı ailələrinin artırılması, eləcə də bu sahədə mütəxəssislərin hazırlanmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 28 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Pro­qramı” mühüm rol oynayır. Arıçılıqla məşğul olan sahibkarlar lazım olan dərman preparatlarının dövlət tərəfindən pulsuz verilməsini də böyük minnətdarlıqla qarşılayırlar. Onu da bildirirlər ki, hər il muxtar respublikada keçirilən “Arıçılıq məhsulları – bal” festivallarında fəal iştirak edir, hasilə gətirdikləri bal dadına, görünüşünə və digər xüsusiyyətlərinə görə həmişə yüksək qiymətləndirilir.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3046310
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2071
5665
23542
97641
3046310

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter