19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada aqrar sahənin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə əsas hədəflərdən biri də ailə təsərrüfatlarının inkişaf etdirilməsindən ibarətdir.
Ailə təsərrüfatlarının fəaliyyəti ailə üzvlərinin əməyinə əsaslanmaqla, məxsus olduqları ailələrdəki əməkqabiliyyətli insanların eyni məqsədə yönələn səmərəli məşğulluğunu reallaşdırmış olur. Bu subyektlər, əsasən, istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, muxtar respublikada daxili bazarın yerli məhsullarla təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir. Digər tərəfdən, aparılan işlər muxtar respublikada ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb ki, bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır. Bütün bunların nəticəsidir ki, muxtar respublikada çoxsahəli ailə təsərrüfatlarının sayı bu gün yüzlərlədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində həyata keçirilən tədbirlər fərdi təsərrüfatlara sahib olan ailələrin dövlət dəstəyi hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, muxtar respublikada kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb.

Ailə təsərrüfatlarında istehsal olunan məhsullara uyğun konteyner sexlərin sifariş əsasında hazır­lanması məqsədilə ötən il mobil istehsal konteyneri alınaraq “Naxçıvan Məhsulları” MMC-nin istifadəsinə verilib. Həmin mobil konteynerdə pendir məhsulunun istehsalı üçün bütöv istehsal xətti yaradılıb. Avadanlıq ailə təsərrüfatlarına artıq öz məhsullarını kustar şəkildə deyil, bütün standartlara cavab verən şəraitdə istehsal etməsinə imkan yaradacaq. Bu istiqamətdə müraciət edən digər ailə təsərrüfatlarına da müvafiq dəstək göstəriləcəkdir.
Bundan başqa, ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması kimi işlər də həyata keçirilib. “İstehsaldan marketə” prinsipinə əsaslanaraq həmin təsərrüfatların taralarla təchiz olunması məqsədilə “Naxçıvan Biznes Mərkəzi” MMC-nin nəzdində taraların satışı mağazası istifadəyə verilib, ailə təsərrüfatları müxtəlifölçülü taralarla təmin edilib.
Hazırladıqları məhsulların özlərinə məxsus brend adı altında satışa çıxarılması belə təsərrüfatların işlərini inkişaf etdirməyə, bazara yeni məhsullar təqdim etməyə daha da həvəsləndirir. 2018-ci ilin ötən dövrü ərzində “Naxçıvan Məhsulları” MMC tərəfindən muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə istehsalçılardan bal, göycə, tut və meyvə-tərəvəz məhsulları satın alınıb.
İstehsal olunan məhsulların tanıdılması, təşviqi və sərgisi məqsədilə “Naxçıvan Biznes Mərkəzi” MMC-nin sərgi salonunda 37 ailə təsərrüfatının 17 növdə 112 çeşiddə məhsulunun nümayişi təmin olunub. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikada belə təsərrüfatlarda istehsal olunan məhsulların çeşidinin və keyfiyyətinin artmasını stimullaşdırıb.
Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolunu nəzərə alaraq muxtar respublikamızda da onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi davam etdirilir. Belə ki, 2018-ci ilin iyul ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2 heyvandarlıq, 2 arıçılıq təsərrüfatlarının və meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi sahəsinin yaradılması məqsədilə 5 ailə təsərrüfatına 51 min 600 manat kredit verilib. Ümumilikdə isə fond tərəfindən bu məqsədlə cari ilin ötən dövrü ərzində 17 ailə təsərrüfatına 196 min 900 manat dövlət maliyyə dəstəyi göstərilib.
Ailə biznesinə göstərilən dövlət qayğısı nəticəsində nümunəvi təsərrüfat sahələri meydana gəlib ki, bunların da nailiyyətlərinin təbliğ olunması məqsədilə ötən dövr ərzində 9 ailə təsərrüfatının fəaliyyəti kütləvi informasiya vasitələrində işıqlandırılıb.
Muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatlarına öz bizneslərini genişləndirməklə yanaşı, onlara kiçikhəcmli süd emalı, balın qablaşdırılması, meyvə qurusu, üzüm və tut doşabı, günəbaxan tumunun qovurulması, ­mövüc və kompot istehsalı kimi sahələrin yaradılması haqqında tövsiyələr verilib.
Verilmiş güzəştli kreditlərdən səmərəli şəkildə istifadə etməklə aztəminatlı ailələrin öz kiçik ailə təsərrüfatlarını gözlənilən səviyyədə, uğurla qurmaları və belə təsərrüfatları daim inkişaf etdirməyə, genişləndirməyə çalışmaları bu sahədə müsbət təcrübənin formalaşdığını deməyə əsas yaradır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3035552
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2362
5369
12784
86883
3035552

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter