13 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

  Təbii şərait, xammal zənginliyi ötən əsrin 70-ci illərindən muxtar respublikamızda sənayenin müxtəlif istehsal formalarının inkişaf etdirilməsinə şərait yaradıb. Belə ki, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra Naxçıvan Muxtar Respublikasının sənayesi Azərbaycan ­iqtisadiyyatında aparıcı yerlərdən birini tutaraq intensiv inkişaf yoluna qədəm qoyub. 

Ulu öndərin muxtar respublikaya göstərdiyi böyük qayğı nəticəsində 1970-1985-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün Naxçıvan Muxtar Respublikasına 900 milyon manat sərmayə qoyulub, müxtəlif istehsal müəssisələri tikilib istifadəyə verilib. Ötən əsrin sonlarında ­ SSRİ-nin dağılması nəticəsində iqtisadi əlaqələrin pozulması və başqa amillər muxtar respublika iqtisadiyyatına da təsirsiz ötüşməyib, digər sahələr kimi sənaye də ağır vəziyyətə düşüb. Yalnız 1993-cü ildə görkəmli dövlət xadiminin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, muxtar respublikanın sənayesində də əsaslı islahatlar aparılıb və bunun nəticəsində sənaye məhsulu istehsal edən dövlət və qeyri-dövlət bölmələrində yaradılmış müəssisələr hesabına ümumi sənaye məhsulunun həcmində hər il dinamik artım olub.

Ötən illər ərzində muxtar respublika sənayesi özünəməxsus inkişaf yolu keçib. Belə ki, 1995-2001-ci illərdə aparılmış məqsədyönlü tədbirlər nəticəsində region iqtisadiyyatında yaranmış durğunluq tamamilə aradan qaldırılıb, 2001-ci ildə sənayenin ümumi məhsulunun həcmi 1995-ci illə müqayisədə 1,7 dəfə artıb. Sonrakı illərdə isə muxtar respublikada davamlı inkişafın təmin edilməsi, sahibkarlıq fəaliyyətinə meylin stimullaşdırılması və bu istiqamətdə bütün cəhdlərin hərtərəfli dəstəklənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, müxtəlif dövlət proqramları hazırlanıb. Belə ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 9 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”nın əsas məqsədi muxtar respublikanın yerli təbii sərvətlərindən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaqdan ibarət olub. Həyata keçirilən islahatların davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının uğurla başa çatdırılması, Ali Məclis Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın icrasının hazırda davam etdirilməsi nəticəsində ciddi iqtisadi uğurlara nail olunub və sürətli inkişaf üçün zəngin potensial formalaşıb. Təkcə “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublika sənayesinin 5,2 dəfə artımına səbəb olub. İcrası hazırda davam etdirilən dövlət proqramında isə sənayeləşmə siyasətinə uyğun olaraq muxtar respublikada yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması, dövlət əhəmiyyətli müəssisələrin fəaliyyətinin dəstəklənməsi, xarici və yerli investisiyaların cəlb edilməsi, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulub. Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması regionda sənaye sahələrinin inkişafının təmin edilməsini nəzərdə tutan dövlət siyasətinin mühüm bir hissəsini təşkil edir. Çünki sənaye parklarının yaradılması iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi vacib məsələlərin həlli baxımından xüsusilə əhəmiyyətlidir. Sənaye parklarının bu əhəmiyyətli cəhətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə həmin parkların yaradılmasına başlanılıb. Bu sahədə müvafiq qanunvericilik bazası baxımından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Əsasnamə” sənaye parklarının yaradılmasına, idarə edilməsinə və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsinə geniş imkanlar açıb. Ümumilikdə götürsək, ötən dövrdə muxtar respublikada özəl sektorun inkişafına göstərilən dövlət qayğısı nəticəsində yeni istehsal müəssisələrinin sayı artıb, yerli istehsalın həcmi genişlənib. Məsələn, əgər 1996-cı ildə muxtar respublikada 10 adda məhsul istehsal olunurdusa, bu gün muxtar respublikada 382 növdə məhsul istehsal edilir. Onların 126 növü ərzaq, 256 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri­-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, sənaye sahibkarlığı artıq muxtar respublikada özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Vaxtilə ümumi daxili məhsul istehsalında aqrar sahənin ağırlıq təşkil etdiyi muxtar respublikada bu gün aqrar­-sənaye kompleksi böyük üstünlüyə malikdir. Hazırda muxtar respublikada avtomobil və tikinti materialları, ərzaq və məişət əşyaları istehsalı ilə məşğul olan çoxsaylı müəssisələr fəaliyyət göstərir. Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq muxtar respublikada 2018-ci ilin yanvar-iyul aylarında 1 milyard 505 milyon 444 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 3318 manatı ötüb.
Hazırda muxtar respublikada aparılan uğurlu sənayeləşmə prosesi və yeni məhsul növlərinin istehsalı bu sahənin dinamik inkişafını ­sürətləndirib. Belə ki, bu ilin yanvar-iyul aylarında istehsal olunan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutub. Bu dövrdə sənaye üzrə 621 milyon 450 min manat dəyərində məhsul istehsal edilib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Sənayedə istehsalın həcminin artması bəhs olunan dövrdə ixraca da öz təsirini göstərib və nəticədə,
2018-ci ilin yanvar-iyul aylarında 249 milyon 147 min 700 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 221 milyon 145 min 500 ABŞ dolları təşkil edib, 193 milyon 143 min 300 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
Bu gün muxtar respublikamızda sənayeləşdirmə siyasəti uğurla həyata keçirilir. İqtisadiyyatın dinamik inkişafını asanlaşdırmaq və rəqabətliliyi artırmaq üçün qabaqcıl elmi və texnoloji nailiyyətlərə əsaslanan sənaye sahələrini inkişaf etdirmək, bu sferaya yerli və xarici sərmayələri cəlb etmək, ixtisaslı mütəxəssis bazası yaratmaq istiqamətində məqsədyönlü addımlar atılır. Bütün bunlar isə yaxın gələcəkdə Naxçıvanın həm də inkişaf etmiş sənaye bölgəsi kimi tanınmasına şərait yaradır.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3267041
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
783
4027
4810
51687
3267041

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter