13 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Əhalinin etibarlı ərzaq məhsulları ilə təminatında mühüm yer tutan taxılçılıq Naxçıvanda qədim əkinçilik sahələrindəndir. Bu gün “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazalarında aqrotexniki xidmət səviyyəsinin yüksəldilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlərin və lizinq yolu ilə müasir kənd təsərrüfatı texnikalarının verilməsi, meliorasiya-irriqasiya tədbirlərinin aparılması taxılçılığa marağı daha da yüksəldib.
Hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar buğda sahəsi üçün 100, arpa əkini sahəsi üçün isə 50 manat ödənilir, mineral gübrələr 70 faiz güzəştlə satılır. Bundan əlavə, 2015-ci ildən başlayaraq alınan kənd təsərrüfatı texnikalarına ümumi dəyərin 40 faizi həcmində güzəşt tətbiq olunub ki, bu da torpaq mülkiyyətçilərinə yaradılmış şəraitdən layiqincə istifadə etməyə imkan verir.
Eyni zamanda bu gün muxtar respublikada taxıl ehtiyatı anbarlarının yaradılması, yeni un dəyirmanlarının istifadəyə verilməsi torpaq mülkiyyətçilərinin taxıl istehsalına marağını daha da artırıb. Belə un dəyirmanlarından biri də Şərur şəhərində yerləşən “Aqrotexservis” Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Dostluq” un ­dəyirmanıdır.

Dəyirmanın təcrübəli işçilərindən İlyas Nağıyev bizimlə söhbət zamanı dedi ki, muxtar respublikamızda əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, atılan addımlar hamımızı sevindirir. Sahibkarlıq fəaliyyətinə belə geniş meydan verilməsi də bu tədbirlərin bir istiqamətidir. Öyrəndik ki, sahibkar Aqil Məmmədov 2000-ci ildə verilən güzəştli kredit dəstəyi hesabına öz işini qurub. İki-üç nəfərlə fəaliyyətə başlayan müəssisədə hazırda 10-a yaxın işçi çalışır. Burada işçilərə normal iş şəraiti yaradılıb, xüsusi geyim formaları verilib və servis xidməti ilə təmin olunublar. Müəssisədə müxtəlif çeşiddə yüksək­keyfiyyətli məhsul istehsal etmək məqsədilə Almaniyanın bu sahə üzrə qabaqcıl təcrübəyə malik firmalarının istehsalı olan müasir tехnоlоji аvаdаnlıqlаr alınıb quraşdırılıb. Gün ərzində 17 ton məhsul istehsal etmək gücündə olan dəyirman tək şərurluların deyil, qonşu Sədərək və Kəngərli rayonları sakinlərinin də una olan tələbatının ödənilməsində böyük rol oynayır.
Dəyirmanda olarkən torpaq mülkiyyətçisi Müzəffər Kərimovla söhbət etmək imkanı əldə etdik. O, burada üyüdülən unun keyfiyyətindən ağızdolusu danışdı, müəssisənin fəaliyyətindən, xidmətin səviyyəsindən razılıq etdi.
Müəssisə ilə tanışlıqdan gəldiyimiz qənaət bu oldu ki, bu gün özəl sektor muxtar respublika iqtisadiyyatında xüsusi yerə malikdir. Təbii ki, bu sektorun inkişafında yerli məhsul istehsalı mühüm rol oynayır. Dövlət tərəfindən sahibkar­lığın inkişafına verilən dəstək, eyni zamanda həyata keçirilən iqtisadi islahatlar sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri kimi fəaliyyətinə möhkəm baza yaradır və bundan sonra da yaradacaqdır.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3267873
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1615
4027
5642
52519
3267873

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter