17 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Muxtar respublika iqtisadiyyatının gücləndirilməsində və əhalinin özünüməşğulluğunun təmin olunmasında mühüm rol oynayan arıçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Ötən dövrdə bu sahə üzrə müxtəlif tədbirlər, o cümlədən beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfranslar keçirilmiş, sahibkarlar pulsuz dərman preparatları ilə təmin edilmişlər. Təkcə 2018-ci ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 336 min 600 manat məbləğində kredit verilmiş, 6 arıçılıq təsərrüfatı və arı yeşiyi, çərçivə (pətək) istehsalı sahəsi yaradılmışdır. Ümumilikdə, son beş ildə təsərrüfat subyektlərinə 1 milyon 778 min 300 manat kredit verilmişdir.
Arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların rastlaşdıqları problemlərin vaxtında həllinə nail olmaq məqsədilə “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi yaradılmışdır. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası da bu sahənin inkişaf etdirilməsinə geniş imkanlar açmışdır.
Muxtar respublikada 2016-cı ildən başlayaraq “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi və festivalda Ali Məclis Sədrinin iştirakı, arıçılarla görüşməsi, onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması arıçılıq məhsullarının istehsalının artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərmişdir.

Arıçılığın inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərə nail olmaq üçün həyata keçirilən mühüm tədbirlər yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracının stimullaşdırılmasına, muxtar respublika əhalisinin arıçılıq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan yaradır.
Arıçılığın inkişafı üzrə aparılan tədbirlər öz nəticəsini vermiş, 1 yanvar 2019-cu il tarixə muxtar respublikada 72 min 350 arı ailəsi mövcud olmuşdur ki, bu da 2008-ci ilin sonu ilə müqayisədə 2,5 dəfə çoxdur.

Arı ailələrinin sayı

2018-ci ilin sonuna ümumi arı ailələrinin 9178-i Şərur, 10540-ı Babək, 13745-i Ordubad, 13897-si Culfa, 1642-si Kəngərli, 20547-si Şahbuz, 667-si Sədərək rayonlarının, 2134-ü isə Naxçıvan şəhərinin payına düşmüşdür.
Arı ailələrinin artımı məhsul istehsalına da müsbət təsir etmiş, 2018-ci ildə muxtar respublikada 1448 ton bal istehsalı qeydə alınmışdır. Bal istehsalı 2008-ci illə müqayisədə 3,3 dəfə artmışdır.
Arıçılığın inkişafı istiqamətində həyata keçirilən digər mühüm tədbir kimi 2018-ci ildən başlayaraq bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların nəzərdə tutulması məhsul istehsalının həcmini daha da artıracaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4259283
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
365
6540
12448
90641
4259283

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter