31 May 2020, Bazar

Seminar-müşavirədə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Seyid Mirdavud çıxış edərək Babək rayonunda ailə təsərrüfatlarının inkişafında onlara göstərilən dövlət dəstəyinin əhəmiyyətindən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov əkinçiliklə məşğul olan ailə təsərrüfatlarının inkişaf etdirilməsində yaz əkinlərinin əkin atlaslarına uyğun aparılmasından və növbəli əkin sisteminin tətbiqinin əhəmiyyətindən söhbət açıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Əli Şərifovun “Ailə təsərrüfatlarında istehsal olunan məhsulların, əsasən, “Naxçıvan qovurması” istehsalının genişləndirilməsi, kiçikhəcmli taralarda qablaşdırılması və ixracının dəstəklənməsi və təşviqi”, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Elnur Mahmudovun “Ailə təsərrüfatlarının inkişaf etdirilərək kiçik sahibkarlıq subyektlərinə çevrilməsi məqsədilə maarifləndirici tədbirlərin genişləndirilməsi” mövzularında çıxışları dinlənilib.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Oqtay Məmmədov isə ailə təsərrüfatlarına məxsus torpaqlardan səmərəli istifadə olunması yollarından danışaraq bildirib ki, qəbul edilmiş Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi aqrar sektorun çoxsahəli inkişafını təmin etməkdədir. Bu inkişaf bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da özünü büruzə verir.
Sonda iştirakçıların sualları cavablandırılıb.

 Pərviz HACILI

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR