31 May 2020, Bazar

İnteraktiv dərsdə AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov şagirdlərə məlumat verərək bildirib ki, ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının xalqımıza qarşı törətdikləri dəhşətli cinayətlərin izləri Xatirə Muzeyindəki eksponatlarda da öz əksini tapıb. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhid olmuş qəhrəmanlarımızın fotoşəkilləri, şəxsi əşyaları və sənədləri, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.
Qeyd olunub ki, 1918-ci ilin martında törədilmiş bu soyqırımı paytaxt Bakı şəhəri də daxil olmaqla, ölkəmizin bir sıra regionlarını, o cümlədən muxtar respublikamızı da əhatə edib. 1905-1907, 1918-1920, 1988-1994-cü illərdə xalqımıza qarşı soyqırımı törədilməsində əsas məqsəd torpaqlarımızın işğalı və “Böyük Ermənistan” dövlətinin yaradılması idi. Hazırda muzeydə bu faciəli hadisələri özündə əks etdirən müxtəlif fotoşəkillər, xəritələr və sənədlər nümayiş etdirilir.
Vurğulanıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu ­öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu baxımdan çox mühüm tarixi sənəddir.
Diqqətə çatdırılıb ki, dahi şəxsiyyətin bu sahədəki fəaliyyətini Prezident cənab İlham Əliyev bu gün uğurla və qətiyyətlə davam etdirməkdədir.

İnteraktiv dərsdə azərbaycanlılara qarşı ayrı-ayrı vaxtlarda həyata keçirilən soyqırımı və deportasiya siyasətinin acı nəticələrini özündə əks etdirən eksponatlar videobağlantı vasitəsilə şagirdlər tərəfindən izlənilib və müxtəlif bölmələrdə yerləşən eksponatlar haqqında geniş məlumat verilib.
İnteraktiv dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR