22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən icrasına başlanılmış “Gənc­lərdə büdcə savadlılığı” layihəsi çərçivəsində növbəti təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda keçirilib.
Tədbiri ali təhsil ocağının prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad ­Novruzov açıb.
Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova layihə barədə ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığından danışıb. Bildirilib ki, həyata keçirilən bu layihə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlıdır. Tələbələrin layihə çərçivəsində keçirilən tədbirlərə cəlb olunması onların təlim məşğələlərində müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsi, müasir informasiya cəmiyyətində tələb edilən səviyyədə hərtərəfli məlumata sahib olmaları, həyat təcrübəsinə yiyələnmələri məqsədi daşıyır.

Sonra Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov tərəfindən “Dövlət büdcəsini anlayaq” mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Büdcə ilə bağlı əsas anlayışlar, büdcənin mahiyyəti, dövlət büdcəsinin gəlir və xərc istiqamətləri, Azərbaycan Respublikasının büdcə sistemi, Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublika büdcəsinin və yerli büdcələrin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət haqqında slaydlar vasitəsilə ətraflı məlumat verilib.
Maliyyə Nazirliyinin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadə “Tələbə büdcəsinin idarə olunması” mövzusunda təlim aparıb. Təlim prosesində tələbələrin gəlir və xərclərinin səmərəli idarə olunması məqsədilə onlara tələbənin fərdi büdcəsinin tərtibi və planlaşdırılması ilə bağlı ətraflı nəzəri-praktik məlumatlar verilib.
Tələbələrin bu mövzular ətrafında bilik səviyyələrinin yoxlanılması məqsədilə interaktiv mərhələ keçirilib. Bu mərhələdə 4 komanda iştirak edib, iştirakçılara mərhələnin nəticələrinə müvafiq fərqləndirici sertifikatlar təqdim olunub və Maliyyə Tədris Mərkəzi tərəfindən keçiriləcək “Kargüzarlıq işinin aparılması” adlı təlimdə iştirak etmək hüququnu qazanmış 4 tələbəyə “Hədiyyə sertifikatı” təqdim olunub.
Qalib komandanın hər bir üzvünə oxunması zəruri olan kitabların siyahısına daxil edilmiş kitablar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti