27 May 2020, Çərşənbə

Muxtar Respublikada ekoloji tarazlığın qorunması və əlverişli ekoloji mühitin yaradılması sahəsində görülən işlərin əhatə dairəsi genişlənir. Bu sahədə görülən işlər fevral ayında da davam etdirilmiş, 12 yoxlama-reyd aparılmışdır. Culfa,  Babək və  Ordubad  rayonları ərazisində ekoloji – hüquqimaarifləndirici tədbirlər keçirilmişdir. Həmçinin ötən dövrdə su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması kimi fəaliyyət sahələrində qiymətləndirmə işləri görülmüşdür. 

 Ötən ay heyvanat aləminin qış fəslində qidaya olan tələbatının yaxşılaşdırılması məqsədilə akademik Həsən Əliyev adına Zəngəzur Milli  Parkında, Ordubad Dövlət Təbiət Yasaqlığının və “Arpaçay” Dövlət Təbiət Yasaqlığının ərazilərində  biotexniki tədbirlər həyata keçirilmiş,  1300 kiloqram daş duz,  350 kiloqramdan çox buğda, arpa, meyvə - tərəvəz məhsulları ərazilərə paylanmışdır. Bundan başqa meşə istehsalı müəssisələri tərəfindən yabanı ağac və kol bitkilərinin toxumlarının yığılması və tədarükü davam etdirilmiş, 850 kiloqramdan çox həmərsin, yemişan, badamça, palıd toxumları tədarük edilmişdir. İqlim şəraitinin mülayım olduğu ərazilərdə toxumla bərpa işləri davam etdirilmiş, qələm-çilik kökləndirmə işlərinə başlanılmışdır. 

Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR