22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar bu ilin ötən dövründə də davam etdirilmişdir.
Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və sair bu kimi operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 42 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülmüşdür.
Operativ vergi nəzarəti tədbirləri zamanı 27 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması müəyyən edilib. Keçirilən nəzarət tədbirləri zamanı 11 şəxsin vergi orqanlarında uçota durmadan öz şəxsi avtomobili ilə sərnişindaşıma fəaliyyəti ilə və 1 şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan əyləncə tədbirlərində videoçəkilişin həyata keçirilməsi ilə məşğul olduğu aşkarlanıb və həmin şəxslər barəsində qanuna­müvafiq tədbirlər görülüb. Aparılan operativ vergi nəzarəti tədbirləri zamanı tətbiq edilmiş 1610 manat maliyyə sanksiyası məbləğinin büdcəyə ödənilməsi təmin edilib.
2019-cu ilin müvafiq dövründə vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi­ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb və bu zaman əvvəlki dövriyyələrlə müqayisədə 1424 manat dövriyyə artımına nail olunub.
Operativ vergi nəzarəti tədbirləri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti