21 İyul 2019, Bazar

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada suvarma mövsümünün mütəşəkkil keçirilməsi diqqətdə saxlanılır. Bunun ifadəsidir ki, 2019-cu ilin əvvəlindən bu günə anbarlara 200 milyon kubmetr su yığılıb, 74 kilometr beton və torpaq kanal, 55 kilometr ara arxlar, 8 kilometr kollektor lildən təmizlənib, 2,4 kilometrlik yeni suvarma və içməli su xətləri çəkilib. Bu dövrdə 4 kəhriz bərpa olunub, 111 subartezian quyusu isə təmir edilib.
Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 56 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb,1300 metr paylayıcı boru xətti çəkilib. Həmçinin rayonda 6,7 hektar torpaq sahəsi əkin üçün yararlı vəziyyətə gətirilib.

Həyata keçirilən meliorativ tədbirlər nəticəsində muxtar respublika üzrə 202 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Torpaqları sel sularından qorumaq məqsədilə Naxçıvançay, Cəhriçay, Vənəndçay vadilərində, Qahab və Sirab selovlarında 4 kilometr istiqamətləndirici bənd tikilib. Yeni əkilmiş yaşıllıq sahələrinin suvarma suyu ilə təmin olunması üçün Şərur rayonunun Danyeri kəndində sol sahil magistral kanal üzərində və Kəngərli rayonunun Qıvraq qəsəbəsində təmir-bərpası aparılan kəhrizin çıxışında yeni nasos aqreqatları quraşdırılıb.
“Rayon mərkəzi və ətraf kənd­lərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Ordubad rayonunda su anbarlarında nasoslar quraşdırılıb və birləşdirici xətlər çəkilib. Şərur rayonunda sutəmizləyici qurğunun, Babək rayonunda içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Bundan başqa, Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisinə başlanılıb, 8795 metr içməli su xətti çəkilib.


Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4282871
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
689
5147
36036
114229
4282871

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter