23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Son illər aqrar sektorda çalışan fermerlərə və torpaq mülkiyyətçilərinə göstərilən hərtərəfli dövlət qayğısının nəticəsində bu sahəyə olan maraq daha da artır. Görülən kompleks tədbirlər nəticəsində cari ilin bol məhsulunun əsasını qoymaq üçün şum qaldırılması, toxum səpini və əkilmiş sahələrin suvarılması istiqamətində həyata keçirilən tədbirlərin sürəti artır. Bərəkətli və məhsuldar torpaq sahələri olan Babək rayonunda da cari təsərrüfat ilinə uğurla başlanılıb.
Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu günədək bölgədə 901 hektarda şum qaldırılıb, 682,5 hektar sahədə yazlıq əkin keçirilib. Bunun 288,9 hektarını yazlıq arpa təşkil edir. Torpaq mülkiyyətçiləri 18,3 hektarda tərəvəz əkiblər ki, bunun da 6,6 hektarı sarımsaq, 5,3 hektarı soğandır. 184,5 hektarda dən yonca, 14,9 hektarda noxud, 12 hektarda kartof, 21,2 hektarda günəbaxan əkilib.
Babək rayonunda hər il bostan bitkiləri üzrə məhsuldarlıq yüksək olur. Mövsüm zamanı həmin məhsullara tələbatı daha çox bu bölgə ödəyir. Aldığımız məlumata görə, bu günədək 142,7 hektar sahədə bostan bitkiləri əkilib.
Məlumatda bildirilir ki, torpaq mülkiyyətçiləri əlverişli keçən hava şəraitindən istifadə edərək mövsümü uğurla başa çatdırmağa çalışırlar. Bütün bunlar belə deməyə əsas verir ki, rayonda yaz əkinləri optimal müddətdə başa çatdırılacaq və yüksək məhsul üçün zəmin yaradılacaqdır.

 Pərviz HACILI

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006452
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
686
4717
13942
88834
4006452

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter