21 May 2019, Çərşənbə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Culfa rayonunun təsərrüfat adamları cari ilin məhsulu üçün ötən ilin payızında 6399 hektar sahədə taxıl əkini aparıblar. Bunun da 5381 hektarı buğda, 1018 hektarı arpadır.
Torpağa daimi iş yeri və gəlir mənbəyi kim baxan bölgənin təsərrüfat adamları mart ayının ilk günlərindən başlayaraq qısa müddətdə 250 hektardan artıq sahədə yaz əkinləri üçün şum qaldırıblar.
İkinci çörək sayılan kartof əkini üçün rayonda geniş imkanlar vardır. Dizə, Gülüstan, Camaldın, Bənəniyar kəndlərində, ümumilikdə, 6 hektardan artıq sahədə kartof əkini aparılıb. Dağətəyi kəndlərdə isə əkinə hazırlıq işləri görülür. Camaldın, Ərəzin, Kırna, Bənəniyar kəndlərində 8,1 hektardan artıq sahədə noxud, Gülüstan və Bənəniyar kəndlərində isə 0,5 hektara yaxın sahədə sarımsaq əkilib.
Təsərrüfatçılar tərəfindən 36 hektardan artıq sahəyə yonca toxumu səpilib. Camaldın, Yaycı kəndlərində bu sahənin genişləndirilməsinə diqqət yetirilir.
Soğan əkini üçün daha çox əlverişli olan Yaycıda ailə təsərrüfatçıları 6,7 hektar sahədə səpin aparıblar.
Son zamanlar ailə təsərrüfatlarında meyvəçiliyin inkişafı sürətləndirilib və mart-aprel aylarında 5 hektara yaxın sahədə meyvə bağı salınıb. Ailə təsərrüfatlarında meyvəçiliyi genişləndirən təsərrüfatçı İlyas Məmmədov Gülüstan kəndində icarəyə götürdüyü 3 hektar bələdiyyə torpağında yerli şəraitə uyğun 1700 ting əkərək yeni meyvə bağı salıb. Natiq Məmmədov isə Camaldın kəndində 1,2 hektar sahəni bağ üçün ayırıb. Əbrəqunus kəndində də meyvəçiliyin inkişaf etdirilməsinə maraq artıb. Təsərrüfat adamı Əliqulu Əsgərov 0,5 hektar sahədə 300 ədəd meyvə tingi əkib. Kırna kənd sakini Fatma Əliyeva isə qızılgül əkininə üstünlük verir. O, ailə təsərrüfatında 0,2 hektar sahədə 350 ədəd qızılgül kolu əkini aparıb.

Hüseyn ŞƏKƏRƏLİYEV