22 Sentyabr 2019, Bazar

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında 2019-cu ilin birinci rübündə görülmüş işlərin yekunları, qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, rayon təşkilatı fəaliyyətini təsdiq olunmuş iş planı əsasında qurub. Vaxtlı-vaxtında keçirilən partiya yığıncaqlarında görülən işlərin hesabatı dinlənilib.
Diqqətə çatdırılıb ki, Sədərək Rayon Təşkilatının əhatə etdiyi 23 ilk partiya təşkilatının qeydiyyatında 1541 üzv vardır. Partiya üzvlərinin 308-i qadın, 400-ü isə gəncdir. Hesabat dövründə təşkilatın sıralarına 14 üzv qəbul edilib.
Vurğulanıb ki, 2019-cu ilin birinci rübündə təşkilatın 1 şura iclası, 3 İdarə Heyəti yığıncağı keçirilib.
Arif Qasımov deyib ki, 2019-cu ildə partiya üzvlərinin qarşısında duran əsas vəzifə əhali arasında ideya-siyasi işi gücləndirməkdən ibarət olmalıdır. Partiyanın hər bir üzvü Pro­qram və Nizamnamənin tələblərinə, prinsiplərinə əməl etməli, siyasi proseslərdə, rayonda gedən quruculuq-abadlıq işlərində, yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində ­fəallıq göstərməlidir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Heydərabad qəsəbə ərazi ilk partiya təşkilatının sədri Vüqar Qasımzadə, Sədərək kənd ərazi ilk partiya təşkilatının sədri Əjdər Məmməd­həsənov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu da Azərbaycanın yeni müstəvidə inkişafını təmin edib. Bu gün Naxçıvan Muxtar Respublikası da bütün sahələrdə böyük nailiyyətlər qazanır. Qədim diyarımız başdan-başa gözəlləşir, quruculuq işləri hər il daha da geniş vüsət alır. Bu prosesdə Yeni Azərbaycan Partiyasının üzvləri də fəaldırlar.
Şura iclasında müzakirəyə çıxarılan məsələ ilə əlaqədar qərar qəbul olunub.

Sərxan İSMAYILOV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR