26 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Cari ilin əvvəlində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları tərəfindən Vənənd kəndində kompleks quruculuq işlərinə başlanılıb. Qeyd edək ki, kənd tam orta məktəbinin binası ötən əsrin yetmişinci illərində inşa edildiyindən burada dərs prosesini müasir tələblər səviyyəsində qurmaq mümkün olmurdu. İnşaatçılar ilk olaraq bu obyektin yenidən qurulması işlərinə başlayıblar. Qısa zaman ərzində binanın qapı və pəncərələri, döşəməsi, elektrik və rabitə xətləri, çardağı sökülərək yenilənib. Bina daxilindəki arakəsmələr işlənib, binadaxili divarlara ilkin suvaq çəkilib. Binanın fasadı da suvanıb. Hazırda istilik sistemi və fasad üzərinə mərmər plitələr çəkilməsi işləri həyata keçirilir.
Məktəb ərazisinin bir tərəfində Vənənd Kənd Uşaq Musiqi Məktəbi üçün bina inşa edilir. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq bu obyektdə inşaatçılar qısa zaman ərzində zirzəminin dəmir-beton işlərini yerinə yetiriblər.
Yaşayış məntəqəsində inşa olunan digər tikili isə kənd mərkəzinin binasıdır. Hazırda ikinci mərtəbənin hörgü işləri aparılan bina istifadəyə verildikdən sonra burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının kənd ilk ərazi təşkilatı, poçt, mədəniyyət evi, kitabxana, rabitə evi, baytarlıq və polis məntəqələri üçün də hər cür şərait yaradılacaq.

Vənənd kəndində inşa edilən həkim ­ambulatoriyasında hörgü işləri tamamlanıb. İnşaatçılar binanın çardağının qurulması işləri ilə məşğuldurlar.
Əhaliyə nümunəvi ticarət və məişət xidməti göstərilməsi üçün də bu yaşayış məntəqəsində müasirtipli xidmət mərkəzi inşa olunacaq.

Abbas SEYİD

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4498527
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1374
6894
1374
162568
4498527

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter